Mühəndis Elektrik tələb olunur
Elektrik

Əmək haqqı: 700-1000 AZN (Əmək haqqı namizədin bilik və bacarıqlarına əsasən müəyyən edilir. ) Yaş: 23-45 yaş Şirkət: AZELKO MMC Əlaqədar şəxs: Əliyev Fariz Ünvan: Abşeron ray. Şamaxı şossesi 14km Kateqoriya: Sənaye, istehsal E-mail: [email protected] Namizədə tələblər: - Mühəndis-elektrik ixtisası üzrə müvafiq ali təhsil; - Elektrik sxemləri oxumaq və tərtib etmək bacarığı olan -Sxemlərə uyğun elektrik şəbəkələrinin montaj aparmaq bacarığına üstünlük verilir; - Elektrik avadanlıqların və qurğularının istismarına və iş prinsipinə dair biliklərə sahib olmaq - Ölçmə cihazlarına dair biliklərinin olması - Layihələrin hazırlanmasında və layihələlərdə dəyişikliklər zamanı texniki heyətdə iştirak etmək - Layihələrin yerinə yetirilməsi zamanı qüvvədə olan SniP, qaydalar, standartlar və digər texniki və normativ sənədlərin tələblərinə riayət olunması; - Sifarışçinin texniki tapşırığına əsasən layihə sənədlərinin işlənilməsi və razılaşdırılması; - AUTOCAD,MS Office proqramları və aktiv şəkildə mail istifadə etmə; - Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, yanğından mühafizə, istehsalat sanitariyası qayda və formalarını bilməli - Müvafiq sahə üzrə sertifikatları olan namizədlərə üstünlük veriləcəkdir - Verilən tapşırıqları vaxtında yerinə yetirmək və işə məsuliyyətlə yanaşma - Operativ çalısan, məsuliyyətlik, düzgünlük, işdə dəqiqlik, komandada işləmək bacarığı kimi müsbət göstəricilərə sahib olmaq -2 il iş təcrübəsi - Əsas iş yeri ofisdə olmaqla lazım olduqda ezamiyyətlərə getmək - Rus və ingilis dillərini bilənlərə üstünlük verilir İş barədə məlumat: - Müəssisəmiz elektrik paylayıcı qurğuların istehsalı,quraşdırılması və sazlanması ilə məşğul olur. - İş vaxtı həftə içi 5 gün, 08:30-dan 18:00-dək - Nahar fasiləsi 12:30-dan 13:30-dək - Nahar şirkət tərəfindən verilir Vakansiya ilə maraqlanan namizədlərdən CV’lərini “[email protected]” e-mail ünvanına göndərmələri və e-mailin mövzu hissəsində mütləq “Mühəndis elektrik” qeyd etmələri xahiş olunur
Vakansiyalar
- 2 gün, 18 saat, 38 dəq
- 2 gün, 18 saat, 40 dəq
- 2 gün, 18 saat, 42 dəq
- 2 gün, 18 saat, 44 dəq
- 2 gün, 18 saat, 46 dəq