Daşkəsən Dəmir Filiz MMC baş elektrik axtarır

Elektrik

elektrik 2


İşəgötürən: Daşkəsən Dəmir Filiz MMC

Vakansiya: Baş elektrik

Son tarix: 06 iyul 2023

Vəzifə öhdəlikləri:

-Zavodun enerji paylayıcısını və fasiləsiz elektrik enerjisini təmin etmək;

-Enerjiyə qənaət edən təmir işlərinin vaxtında aparılması;

-Yarımstansiyada nasazlıqları aşkar etmək və tez müdaxilə ilə təmir etmək bacarığı;

-Elektrik dövriyyəsinin hesablanması;

-Elektrik-quraşdırma işlərinin tikintisinin “Tikinti Norma və Qaydaları”na uyğun təşkili və nəzarəti;

-Zavodda olan elektrik avadanlıqlarının texniki təhlükəsizlik qaydalarına uyğun istismarını təmin etmək.

-Avtomatlaşdırma panellərinin layihələndirilməsi, quraşdırılması və saxlanması bacarığı;

-Yüksək gərginlikli güc transformatorları haqqında nəzəri və praktik biliklərinin olması;

-Paylayıcı qurğuların ayrı-ayrı elementlərinin funksiyaları (açar, ayırıcı, ölçü transformatorları, rele mühafizə və s.) haqqında ümumi məlumatların olması;

-İdarə yarımstansiyalarında, transformator elektrik yarımstansiyalarında nəzarət-ölçü cihazları və ölçü transformatorlarının dəyişilməsini təmin etmək;

-Elektrik avadanlıqlarının cari və əsaslı təmir qrafikindəki işlərin nöqsansız yerinə yetirilməsini təşkil etmək;

Namizədə tələblər:

-Ali təhsil(uyğun ixtisas üzrə ali təhsil);

-Sahə üzrə minimum 5 illik iş təcrübəsi;

-Müvafiq qanunvericilik aktları və normalarını bilməli;

-Əla səviyyədə Azərbaycan dili biliyi;

-Planla və komandada işləmək bacarığı

-AutoCAD proqramı üzrə biliklər;

-MS Office üzrə biliklər;

Digər məlumatlar:

İş yeri: Daşkəsən rayonu, Dəmir filizi sahəsi

Göstərilən tələblərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində “Baş elektrik” qeyd etməklə və minimum əmək haqqı tələbini göstərməklə [email protected] elekton poçt ünvanına göndərmələri xahiş olunur.

*Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]