Montajçı Elektrik tələb olunur
Elektrik

Əmək haqqı: 500-700 AZN (Əmək haqqı namizədin bilik və bacarıqlarına əsasən müəyyən edilir. ) Yaş: 21-40 yaş Şirkət: AZELKO MMC Əlaqədar şəxs: Əliyev Fariz Ünvan: Abşeron ray. Şamaxı şossesi 14km Kateqoriya: Sənaye, istehsal E-mail: [email protected] Namizədə tələblər: 1.Texniki biliyi olmalı 2.Elektrik avadanlıqlarının montaj olunması 3.Elektrik sxemləri ilə işləməyi bacarmalı 4.Elektrik qurğularının və elektrik avadanlıqlarının iş prinsipi haqqında biliklər, eləcə də ölçmə cihazları və tətbiqi prinsipləri 5.Elektrik idarəetmə lövhələrinin yığılması 6.Elektrik kabellərinin çəkilməsi 7. Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, yanğından mühafizə, istehsalat sanitariyası qayda və formalarını bilməli 8. Mühəndislərin verdiyi tapşırıqları yerinə yetirmək və gördüyü işlər barəsində onlara hesabat vermək 9.Bu sahədə 2 ildən artıq təcrübə 10. Müvafiq sahə üzrə sertifikatları olan namizədlərə üstünlük veriləcəkdir 11.Operativ çalışan, məsuliyyətlik, düzgünlük, işdə dəqiqlik, komandada işləmək bacarığı kimi müsbət göstəricilərə sahib olmaq İş barədə məlumat: - “AZELKO” MMC 2008- ci ildən fəaliyyət göstərir.Müəssisəmiz 36kV – a qədər dəstləşdirilmiş (komplekt) paylayıcı qurğuların (KPY) istehsalı ilə məşğuldur. - İş vaxtı həftə içi 5 gün, 08:30-dan 18:00-dək - Nahar fasiləsi 12:30-dan 13:30-dək - Həftənin bazar günü istirahət günüdür - Nahar şirkət tərəfindən verilir Vakansiya ilə maraqlanan namizədlərdən CV’lərini [email protected] e-mail ünvanına göndərmələri və e-mailin mövzu hissəsində mütləq “montajçı elektrik” qeyd etmələri xahiş olunur
Vakansiyalar
- 2 gün, 19 saat, 31 dəq
- 2 gün, 19 saat, 33 dəq
- 2 gün, 19 saat, 35 dəq
- 2 gün, 19 saat, 37 dəq
- 2 gün, 19 saat, 39 dəq