DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi sistem inzibatçısı axtarır

İşəgötürən: DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi
Vakansiya: Sistem inzibatçısı
Son tarix: 26 sentyabr 2022
DOST Rəqəmsal İnnovasiyalar Mərkəzində çalışmağın üstünlükləri:
-informasiya texnologiyaları sahəsində peşəkar kollektivdə çalışmaq imkanı;
-karyera irəliləyişlərində yaradılan imkanlar;
-daxili və xarici təlimlərdə iştirak;
-beynəlxalq sertifikatların əldə edilməsi üçün imkanların yaradılması;
-Mərkəzdaxili aktiv sosial həyat.
Vəzi̇fə Funksi̇yaları:
-Active Directory idarə etmək, qrup siyasətlərini yazmaq və tətbiq etmək, icazələri idarə etmək;
-korporativ yeniləmə servisinin işləkliliyinə nəzarət etmək, əməliyyat sistemlərinin yenilənməsi proseslərinin maksimum avtomatlaşdırılmasını təmin etmək;
-sistemlərdə baş verə biləcək problem və dayanmaları prosedurlara əsasən araşdırmaq və həll etmək;
-informasiya sistemlərinin quraşdırılmasını təmin etmək;
-server infrastrukturunun, informasiya resurslarının seçilməsi, qurulması, dəstəklənməsi metodu barədə təkliflər vermək;
-server infrastrukturuna və informasiya resurslarına nəzarət etmək, təkmilləşmə işlərində dəyişikliklərin idarə olunması prosesini və icra mexanizmlərini tətbiq etmək;
-serverlərin əməliyyat sistemlərinin optimallaşması, effektivliyinin və səmərəliliyinin artırılması üçün təkliflər vermək;
-serverlərin və informasiya sistemlərinin fasiləsiz fəaliyyətinin təmin edilməsi üçün işlər görmək;
-fəaliyyət istiqamətləri üzrə informasiya təhlükəsizliyinin qorunması üçün aidiyyəti üzrə tədbirlər görmək;
-informasiya sistemlərinin ehtiyat nüsxələrin yaradılmasını təmin etmək;
-fəaliyyət istiqaməti üzrə müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.
Vəzi̇fəni̇n Tutulmasına Dai̇r Tələblər:
-Ali təhsil;
-Sistem administrasiyası sahəsində ən azı 3 il iş təcrübəsi;
-İngilis dili və Rus dili bilikləri (minimal danışıq bilikləri, texniki sənədlərin oxunması);
-UNIX/LINUX və Windows əməliyyat sistemlərinin (server) inzibatçılığı təcrübəsi;
-Virtuallaşdırma (Vmware Vsphere, MS Hyper-v) texnologiyası sahəsində təcrübə;
-Server, Storage və Şəbəkə (SAN-switch) avadanlıqları ilə iş təcrübəsi;
-Windows Server servisləri haqqında administrativ biliklər;
-MS System Center üzrə administrativ biliklər;
-Ehtiyat nüsxə sistemləri üzrə administrativ biliklər;
-Monitorinq sistemləri üzrə administrativ biliklər.
Vəzi̇fəyə Dai̇r Tələb Edi̇lən Şəxsi̇ Keyfi̇yyətlər və Bacarıqlar:
-məsuliyyətlilik;
-etibarlılıq və dürüstlük;
-inkişafa yönümlü və innovativlik;
-operativlik və çeviklik;
-təşəbbüskarlıq;
-nəticəyə hədəfli;
-komanda işi.
Göstərilən tələblərə cavab verən namizədlərdən müraciətin mövzu hissəsinə “Sistem inzibatçısı” qeyd etməklə CV-lərini [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Vakansiyalar
- 2 saat, 10 dəq
- 2 saat, 12 dəq
- 2 saat, 27 dəq
- 2 saat, 29 dəq
- 2 saat, 43 dəq