DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi .Net developer axtarır
İşəgötürən: DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi
Vakansiya: .Net developer
Son tarix: 26 sentyabr 2022
DOST Rəqəmsal İnnovasiyalar Mərkəzində çalışmağın üstünlükləri:
-informasiya texnologiyaları sahəsində peşəkar kollektivdə çalışmaq imkanı;
-karyera irəliləyişlərində yaradılan imkanlar;
-daxili və xarici təlimlərdə iştirak;
-beynəlxalq sertifikatların əldə edilməsi üçün imkanların yaradılması;
-Mərkəzdaxili aktiv sosial həyat.
Vəzi̇fə Funksi̇yaları:
-texniki tapşırığa uyğun alqoritmlərin qurulması və proqramlaşdırılması;
-dəqiqlik və funksionallıq üçün kodların nəzərdən keçirilməsi;
-inteqrasiyaların yazılması;
-istənilən maneələri aradan qaldırmaq məqsədilə çətin biznes problemləri üçün texniki həllərin hazırlanması;
-mövcud layihələrdə təkmilləşdirmə və ya texniki dəstək işlərinin görülməsi;
-fəaliyyət istiqaməti üzrə müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.
Vəzi̇fəni̇n Tutulmasına Dai̇r Tələblər:
-ali təhsil;
-C# dili üzrə proqramlaşdırma biliyi;
-alqoritm qurma bacarığının olması;
-hər hansı bir RDBMS məlumat bazası ilə işləmə bacarığının olması;
-ASP.NET MVC biliyinin olması;
-SOAP/REST tipli veb servislər barədə ilkin biliklərə malik olması;
-Html/CSS/JavaScript biliklərinin olması;
-səmərəli və anlaşılan kod yazmaq bacarığının olması.
Üstünlük göstəriciləri:
-Kompüter elmləri, informasiya texnologiyaları ixtisasları üzrə ali təhsil;
-Git version control sistemi üzrə biliklər;
-ASP.WebForms üzrə biliklər.
Vəzi̇fəyə Dai̇r Tələb Edi̇lən Şəxsi̇ Keyfi̇yyətlər və Bacarıqlar:
-məsuliyyətlilik;
-etibarlılıq və dürüstlük;
-inkişafa yönümlü və innovativlik;
-operativlik və çeviklik;
-təşəbbüskarlıq və təşkilatçılıq;
-komanda işi;
-nəticəyə hədəfli.
Göstərilən tələblərə cavab verən namizədlərdən müraciətin mövzu hissəsinə “.net developer” qeyd etməklə CV-lərini [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Vakansiyalar
-
3 gün, 7 saat, 14 dəq
The Complexities of Immediate Payment Casinos: A Comprehensive Guide
-
5 gün, 6 saat, 6 dəq
Sign Up Benefits at Online Gambling Establishments: A Comprehensive Overview
- 5 gün, 6 saat, 40 dəq
- 6 gün, 46 dəq
- 6 gün, 20 saat