Daşkəsən Dəmir Filiz MMC metallurq axtarır

İşəgötürən: Daşkəsən Dəmir Filiz MMC
Vakansiya: Metallurq
Son tarix: 08 avqust 2022
Vəzifə öhdəlikləri:
-Aparılan əməliyyatların razılaşdırılmış plana uyğun olmasına nəzarət etmək;
-Gündəlik metallurgiya (metallurji balans) hesabatının hazırlanmasına nəzarət etmək;
-Bütün testlərin standart əməliyyat prosedurları ilə uyğun olmasına nəzarət etmək;
-Aparılan sınaq işlərinin hesabatlılığını təşkil etmək;
-Emal bölməsinin gündəlik və həftəlik fəaliyyətini göstərən hesabatları hazırlamaq və birbaşa rəhbərə təqdim etmək;
-Nəzərdə tutulan vəzifə və funksiyaların, eləcə də rəhbərliyin birbaşa verdiyi qanunvericilik aktlarına uyğun olan digər göstəriş və tapşırıqlarını birbaşa rəhbərini məlumatlandırmaqla vaxtında və tam icra etmək.
Namizədə tələblər:
-Ali təhsil(Metallurgiya üzrə);
-Sahə üzrə təcrübə olması arzuolunandır;
-Əla səviyyədə Azərbaycan dili, yaxşı səviyyədə İngilis və Rus dili;
-MS Office üzrə biliklər.
Digər məlumatlar:
İş yeri: Daşkəsən rayonu, Dəmir filizi sahəsi
Göstərilən tələblərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində “Metallurq” qeyd etməklə və minimum əmək haqqı tələbini göstərməklə [email protected] elekton poçt ünvanına göndərmələri xahiş olunur.
Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Vakansiyalar
- 6 saat, 38 dəq
- 6 saat, 43 dəq
- 6 saat, 46 dəq
- 6 saat, 50 dəq
- 6 saat, 57 dəq