Dalga Beach Aquapark mühasib axtarır
İşəgötürən: Dalga Beach Aquapark
Vakansiya: Mühasib
Son tarix: 04 iyn 2022
Əsas vəzifə öhdəlikləri:
-Azərbaycan Respublikasının qanunvericiliyinə və digər normativ-hüquqi aktların tələblərinə ciddi riayət etməlidir;
-Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək;
-İlkin sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirmək;
-Əsas vəsaitlərin uçotunun aparılmasını, inventarizasiyasının müəyyən olunmuş müddətdə keçirilməsinə nəzarət və iştirak etmək;
-Təhtəl hesab, balans, avans hesabatının aparılmasını təmin etmək;
-Daxili mühasibatlıq sistemində köçürmələrin idarəedilməsi
-Mal/Xidmətlərin, müqavilə və sifarişlərin yoxlanılması;
-Vaxtlı-vaxtında və lazımi qaydada təsdiqedici sənədlərin əldə olunması/təqdim edilməsi üçün təchizatçılarla/müştərilərlə yazışmaların aparılmasının təmin olunması;
-Əmək haqqının verilmə dövrünə uyğun olaraq bütün əmək haqlarına dair əməliyyatlarının vaxtında və düzgün emal olunmasını təmin edilmesi;
-Əmək haqqına dair hesablamaların aparılması və hesabatların tərtib edilməsi;
-Vəzifəsi ilə əlaqədar məsələlərə dair işçilərin sorğularını cavablandırmaq;
-İş prosesində məlumatların məxfiliyinin saxlanılması;
-Öhdəsinə düşən digər əmək funksiyalarının yerinə yetirilməsi
Tələblər:
-Detallara qarşı diqqətlilik, analitik düşüncə tərzi, rahat ünsiyyət yaratmaq qabiliyyəti, problemləri müstəqil həll edə bilmək bacarığı
-Məsuliyyətli, operativ, dəqiq və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq
-Vergi və əmək məcəlləsi üzrə biliklər, eyni zamanda son dəyişiklikləri haqda məlumatlı olmaq
-Ali təhsil ( iqtisadiyyat )
-ƏDV ödəyicisi olan şirkətdə mühasibat sahəsində ən azı 3 il fasiləsiz iş təcrübəsi olmalı.
-ƏDV ödənişlərinin həyata keçirilməsi.
-Ödəniş tapşırıqlarının hazırlanması, qeydiyyatının aparılması, banka göndərilməsi.
-Balansın hazırlanması qaydasını bilməlidir.
-Bank əməliyyatlarını həyata keçirmək və bank çıxarışlarını mövcud proqrama daxil edə bilməli
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Mühasib” qeyd edərək [email protected] elektron poçt ünvanına göndərə bilərlər.
Vakansiyalar
-
15 saat, 41 dəq
The Complexities of Immediate Payment Casinos: A Comprehensive Guide
-
2 gün, 14 saat, 33 dəq
Sign Up Benefits at Online Gambling Establishments: A Comprehensive Overview
- 2 gün, 15 saat, 7 dəq
- 3 gün, 9 saat, 13 dəq
- 4 gün, 4 saat, 27 dəq