Caspian Innovation Center web developer axtarır

İşəgötürən: Caspian Innovation Center
Vakansiya: Web developer
Son tarix: 16 may 2022
Vəzifə öhdəlikləri:
-Proqram təminatının hazırlanmasının bütün mərələlərində iştirak etmək
-Verilən tapşırığı təhlil etmək, problemi həll etmək
-Yaxşı dizayn edilmiş, test edilə bilən, effektiv, təmiz kod yazmaq
-Mövcud proqram təminatına dəstək vermək və yaranan problemləri aradan qaldırmaq
-Proqram təminatını analiz etmək, optimallaşdırmaq və təkmilləşdirmək
-Gələcəkdə istifadə üçün təkrar istifadə edilə bilən kod və kitabxanaları yaratmaq
-Yeni texnologiyaları öyrənmək və cari ən yaxşı təcrübələrdən xəbərdar olmaq
-Görülən işlər ilə bağlı hesabatlar hazırlamaq
-Texniki sənədləri hazırlamaq
-CIC informasiya təhlükəsizliyi tələblərinə riayət etmək;
Bilik və bacarıqlar:
-Kompüter elmləri və ya müvafiq sahədə ali təhsil
-Veb proqramlaşdırma sahəsində ən azı 1 il təcrübə
-PHP (OOP, MVC, ORM), PHP Framework (Laravel, CodeIgniter, Symphony) üzrə iş bilikləri
-React, Vue və ya Angular sahəsində təcrübəyə üstünlük verilir
-Verilənlər bazası üzrə iş təcrübəsi
-Git versiyaya nəzarət sistemi üzrə biliklər
-Analitik düşünmə və problem həll etmə bacarığı, alqoritmik biliklər
-Şifahi və yazılı ünsiyyət bacarıqları
-Komandada yaxşı işləmək və problemləri birgə həll etmək bacarığı
-Texniki səviyyədə İngilis dili biliyi
-Birdən çox tapşırığı yerinə yetirmək, işi planlaşdırma və prioritetləşdirmək bacarığı
-Təşəbbüskarlıq
-Dürüstlük
Müraciət edilən vəzifənin adını “mövzü” bölməsində qeyd etməklə 15.05.2022-ci il tarixinədək CV-nizi [email protected] ünvanına göndərməyiniz xahiş olunur.
Qeyd: Növbəti mərhələ üçün yalnız vakansiyanın tələblərinə uyğun olan namizədlər ilə əlaqə saxlanılacaqdır.
Vakansiyalar
- 1 gün, 23 saat, 24 dəq
- 1 gün, 23 saat, 26 dəq
- 1 gün, 23 saat, 28 dəq
- 1 gün, 23 saat, 31 dəq
- 1 gün, 23 saat, 35 dəq