BERC Group vergi və maliyyə xidmətləri şöbəsinin rəhbəri axtarır (baş mühasib)
İşəgötürən: BERC Group
Vakansiya: Vergi və maliyyə xidmətləri şöbəsinin rəhbəri (baş mühasib)
Son tarix: 27 may 2022
İş barədə məlumat:
-Mühasibat və vergi uçotu qaydalarını rəhbər tutaraq uçotun aparılmasını təşkil etmək;
-Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesablarında (1C proqramında) düzgün əks etdirilməsinə nəzarət edilməsi;
-Vergi, statistika və DSMF hesabatlarının hazırlanması və təqdim edilməsinə nəzarət edilməsi;
-Bəyannamələrin hazırlanması və təqdim edilməsinə nəzarət edilməsi;
-Xidmət göstərilən müştərilərlə işin təşkili və idarə edilməsi;
-Bank əməliyyatının avtorizasiyası, qaimə və hesab-fakturaların yazılması, qarşılıqlı hesablaşma və üzləşmə aktlarının tərtib edilməsinə nəzarətin həyata keçirilməsi;
-Vergi orqanlarından daxil olan məktubların nəzarətdə saxlanılması və müvafiq yazışmaların aparılması;
-Xidmət göstərilən müştərilərlə cari və növbədənkənar görüşlərin keçirilməsi;
-Xidmət olunan müştərilərin vergi orqanlarında təmsil edilməsi;
-Vergi qanunvericiliyini və yenilikləri izləyərək uçotun optimallaşdırılması istiqamətində müvafiq təkliflərin verilməsi;
-Rəhbərlik etdiyi şöbənin işinin effektiv təşkil edilməsi;
Vəzifəyə dair tələblər:
-Mühasibatlıq, maliyyə, iqtisadiyyat və əlaqəli sahələr üzrə ali təhsil;
-Analoji sahə üzrə minimum 3 il rəhbərlik təcrübəsinin olması; (konsaltinq təcrübəsi üstünlükdür) ;
-Hərbi mükəlləfiyyətli və ya hərbi xidmətdən möhlət hüququnun olması;
-Yaş: 27-45 yaş;
-1C/8.3 proqramını yüksək səviyyədə bilmək;
-Mühasibatlıq sahəsində beynəxalq sertifikatların (ACCA) olması üstünlükdür.
-MS Office proqramlarını (Word, Excel, Power Point), xüsusilə Exceli yüksək səviyyədə bilməli;
-Azərbaycan Respublikasının Vergi Məcəlləsini yüksək səviyyədə bilmək;
-Azərbaycan Respsublikasının Əmək Məcəlləsi, İnzibati Xətalar Məcəlləsi, Mülki Məcəllə və digər qanunvericilik aktlarının aidiyyatı maddələrini bilmək;
-Elektron portallarda işləmək bacarığının olması (E-gov, e-sosial, e-taxes və s.) ;
-Azərbaycan dili mükəmməl, xarici dil biliklərinin (ingilis, rus) olması üstünlükdür.
Bacarıq və səriştələr:
-Komanda ruhlu olmalı;
-Öyrənməyə həvəsli, aktiv və məsuliyyətlilik kimi xarakterik xüsusiyyətlərə sahib olmalı;
-Analitik təhlil və araşdırma bacarığına sahib olmalı;
-Peşəkar səviyyədə yazılı və şifahi ünsiyyət bacarığına sahib olmalı;
-Öyrətmə və izah etmək bacarığına sahib olmalı;
-Problemləri həll etmə bacarığı olmalı;
-Təşəbbüskarlıq, operativlik, punktuallıq və kreativlik kimi peşəkar vərdişlərə sahib olmalı;
-Son tarixlərlə işləməyi bacarmalı və verilən tapşırıqları vaxtında icra etməlidir.
BERC Group MMC sizə nə vəd edir?
-Əmək Məcəlləsinə uyğun həftəlik 40 saatdan çox olmayan 5 günlük iş rejimi;
-Şirkətdə və xidmət göstərdiyi müəssisələrdə karyera yüksəlişi imkanı ;
-Rəqabət qabiliyyətli əmək haqqı;
-Korporativ nömrə və danışıq paketi;
-İdman güzəştləri (Cəmiyyətin ofisindəki fitnes mərkəzdən istifadə imkanı) ;
-Səmimi və peşəkar komanda ilə müxtəlif əyləncəli tədbirlər;
Qeyd olunan tələblərə uyğun gələn namizədlərdən öz CV – lərini 31.05.2022-ci il tarixinədək [email protected] elektron ünvanına mövzu yerinə əmək haqqı gözləntisini və “Baş mühasib” vəzifəsi yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.
Qeyd: İlkin göndərilmiş CV-lər əsasında son müraciət tarixindən daha tez imtahan təşkil edilə bilər.
Vakansiyalar
- 3 saat, 27 dəq
- 3 saat, 29 dəq
- 3 saat, 44 dəq
- 3 saat, 46 dəq
- 4 saat