BERC Group baş mühasib axtarır

İşəgötürən: BERC Group
Vakansiya: Baş mühasib
Son tarix: 11 avqust 2022
İş barədə məlumat:
-Muhasibat şöbəsinin işini düzgün , qaydalara və qanunvericiliyə uyğun təşkil etmək.
-Maliyyə uçotu üzrə hesabatların tərtib edilməsi
-Vergi uçotu üzrə hesabatların tərtib edilməsi
-Satın alınan ehtiyatların maya dəyərinin, istehsalatın maya dəyərinin və satışın maya dəyərinin kalkulyasiyasının aparılması
-Maliyyə uçotu, vergi uçotu və maya dəyəri uçotu üzrə kargüzarlıq işlərinə nəzarət edilməsi
-Maliyyə Nazirliyinin mühasibat uçotu standartları üzrə şərhlər və tövsiyələrini rəhbər tutaraq uçotun aparılmasını təşkil etmək;
-Vergi-mühasibat və digər qanunvericilik yeniliklərini yaxından izləmək və müvafiq olaraq rəhbərlik etdiyi sahələrdə tətbiq etmək.
-Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesablarında (1C proqramında) düzgün əks etdirilməsinə nəzarət edilməsi;
-Vergi, statistika və MDSS hesabatlarının hazırlanması və təqdim edilməsinə nəzarət edilməsi;
-Bəyannamələrin hazırlanması və təqdim edilməsinə nəzarət edilməsi;
-Xidmət göstərilən müştərilərlə işin təşkili və idarə edilməsi;
-Bank əməliyyatının avtorizasiyası, qaimə və hesab-fakturaların yazılması, qarşılıqlı hesablaşma və üzləşmə aktlarının tərtib edilməsinə nəzarətin həyata keçirilməsi;
-Vergi orqanlarından daxil olan məktubların nəzarətdə saxlanılması və müvafiq yazışmaların aparılması;
-Xidmət göstərilən müştərilərlə cari və növbədənkənar görüşlərin keçirilməsi;
-Xidmət olunan müştərilərin vergi orqanlarında təmsil edilməsi;
-Vergi qanunvericiliyini və yenilikləri izləyərək uçotun optimallaşdırılması istiqamətində müvafiq təkliflərin verilməsi;
-Rəhbərlik etdiyi şöbənin işinin effektiv təşkil edilməsi;
Vəzifəyə dair tələblər:
-Mühasibatlıq, maliyyə, iqtisadiyyat və əlaqəli sahələr üzrə ali təhsil;
-Analoji sahə üzrə minimum 3 il təcrübəsinin olması; (konsaltinq təcrübəsi üstünlükdür) ;
-Hərbi mükəlləfiyyətli və ya hərbi xidmətdən möhlət hüququnun olması;
-1C/8.3 proqramını yüksək səviyyədə bilmək;
-Mühasibatlıq sahəsində beynəxalq sertifikatların (ACCA) olması üstünlükdür.
-MS Office proqramlarını (Word, Excel, Power Point), xüsusilə Exceli yüksək səviyyədə bilməli;
-Azərbaycan Respublikasının Vergi Məcəlləsini yüksək səviyyədə bilmək;
-Azərbaycan Respsublikasının Əmək Məcəlləsi, İnzibati Xətalar Məcəlləsi, Mülki Məcəllə və digər qanunvericilik aktlarının aidiyyatı maddələrini bilmək;
-Elektron portallarda işləmək bacarığının olması (ƏMAS, e-sosial, e-taxes və s.) ;
-Azərbaycan dili mükəmməl, xarici dil biliklərinin (ingilis, rus) olması üstünlükdür.
Bacarıq və səriştələr:
-Komanda ruhlu olmalı;
-Öyrənməyə həvəsli, aktiv və məsuliyyətlilik kimi xarakterik xüsusiyyətlərə sahib olmalı;
-Analitik təhlil və araşdırma bacarığına sahib olmalı;
-Peşəkar səviyyədə yazılı və şifahi ünsiyyət bacarığına sahib olmalı;
-Öyrətmə və izah etmək bacarığına sahib olmalı;
-Problemləri həll etmə bacarığı olmalı;
-Təşəbbüskarlıq, operativlik, punktuallıq və kreativlik kimi peşəkar vərdişlərə sahib olmalı;
-Son tarixlərlə işləməyi bacarmalı və verilən tapşırıqları vaxtında icra etməlidir.
BERC Group MMC sizə nə vəd edir?
-Əmək Məcəlləsinə uyğun həftəlik 40 saatdan çox olmayan 6 günlük iş rejimi;
-Şirkətdə və qrup şirkətlərinə daxil olan müəssisələrdə karyera yüksəlişi imkanı ;
-Rəqabət qabiliyyətli əmək haqqı;
-Korporativ nömrə və danışıq paketi;
Qeyd olunan tələblərə uyğun gələn namizədlərdən öz CV – lərini 10.08.2022-ci il tarixinədək [email protected] elektron ünvanına mövzu yerinə əmək haqqı gözləntisini və “Baş mühasib” vəzifəsi yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.
Vakansiyalar
- 2 saat, 15 dəq
-
1 gün, 1 saat, 15 dəq
AGRO – WEST DC LLC işə qəbul üzrə aparıcı mütəxəssis axtarır
- 1 gün, 1 saat, 17 dəq
- 1 gün, 1 saat, 19 dəq
-
1 gün, 1 saat, 21 dəq
Sinteks Group of Companies informasiya texnologiyaları üzrə Təcrübə Proqramı elan edib