Basqal Resort & Spa təchizatçı axtarır
İşəgötürən: Basqal Resort & Spa
Vakansiya: Təchizatçı
Son tarix: 05 avqust 2022
Vəzifə öhdəlikləri:
-Yeni təchizatçıların axtarışı (tender üsulu ilə);
-Təchizatçılarla (yerli və xarici) müqavilələrin bağlanması;
-Müqavilənin icrasına aid olan bütün sənədlərin dövriyyəsinə nəzarət edilməsi;
-Alınmış malların qeydiyyatının istifadə olunan proqramda (Günəş) aparılması;
-Tədarükçülərin axtarışını həyata keçirirmək;
-Tədarükçülərlə sifarişlərin yerləşdirilməsi və tədarüklərin müddətini və şərtlərini razılaşdırmaq üçün danışıqlar aparmaq;
-Tədarükçülərlə müqavilələrin bağlanma və onlara əməl edilməsinə nəzarət etmək;
-Satınalmalar üzrə menecerin rəhbərliyi altında satınalma strategiyasının inkişafı, idarə edilməsi və həyata keçirilməsi;
-Məlumatların toplanması, qiymət və müxtəlif variantların təqdim edilməsi və bençmarkinq, eyni zamanda qiymətlərin optimallaşdırılmasının həlli yollarının təqdim edilməsi;
-Satınalmalar üzrə sənədləşdirmə işlərinin aparılması;
-Qiymət araşdırması;
-Verilən sifarişlər əsasında mal – materialların texniki göstəricilərini dəqiqləşdirərək siyahılarını hazırlamaq və alınmasını təşkil etmək;
-Malların gətirilmə müddətini müəyyən etmək və onun müqabilində nəqliyyat sifariş vermək;
-Alınan mal – materialların mədaxil üzrə alınmasını və buraxılmasını qeyd etmək;
-Limit üzrə alınan malların verilməsi və texniki təchizat üzrə planın yerinə yetirilməsinə nəzarət etmək;
-Malgöndərən təşkilatlarla, müəssisələrlə yazışmalar aparmaq və bunun müqabilində müvafiq qaydalara uyğun müqavilələr hazırlamaq.
Tələb olunan təcrübə, bacarıqlar və səriştələr:
-Ali və ya orta ixtisas təhsil;
-Satınalma sahəsi üzrə minimum 1 il iş təcrübəsi;
-Mal – materialların alınması və mal göndərənlərlə satınalma müqavilələrinin bağlanması qayda və metodlarını bilmək;
-Azərbaycan dilində səlis bilmək, Rus və İngilis dillərin yaxşı səviyyədə bilən namizədlərə üstünlük veriləcəkdir;
-Diqqətli, şəffaf, işində dəqiq və dürüst olmaq;
-Səliqəli və təmizkar olmaq;
-Komandada işləməyi bacarmaq.
İş şəraiti:
-İş rejimi: 6 günlük iş həftəsi;
-İş yeri – İsmayıllı, Basqal qəsəbəsi;
-İşə qəbul tam rəsmi şəkildə, əmək qanunvericiliyinə uyğun olaraq həyata keçirilir;
-Nahar yeməyi şirkət tərəfindən qarşılanır;
-İsmayıllı və Şamaxı şəhərlərindən hotelə nəqliyyat xidməti mövcuddur.
Müraciət etmə qaydası:
Maraqlanan namizədlər mövzu yerində “Təchizatçı” yazmaqla öz CV-lərini [email protected] e-mail ünvanına göndərə bilərlər.
Yalnız tələb edilən təcrübə, bacarıqlar və səriştələrə cavab verən namizədlərlə müsahibə üçün əlaqə saxlanılacaq.
Vakansiyalar
-
2 gün, 4 saat, 25 dəq
The Complexities of Immediate Payment Casinos: A Comprehensive Guide
-
4 gün, 3 saat, 17 dəq
Sign Up Benefits at Online Gambling Establishments: A Comprehensive Overview
- 4 gün, 3 saat, 51 dəq
- 4 gün, 21 saat, 57 dəq
- 5 gün, 17 saat, 11 dəq