Basqal Resort & Spa masajist axtarır

Digər

masajist


İşəgötürən: Basqal Resort & Spa

Vakansiya: Masajist

Son tarix: 05 avqust 2022

Vəzifə öhdəlikləri:

-Bütün SPA prosedurları (masajlar, üz prosedurları, bədən prosedurları, skrablar, hamam prosedurları), SPA xidmətləri haqqında tam məlumatlı olmaq və izahını verməyi bacarmaq;

-SPA prosedurları zamanı istifadə olunan texnika və üsulları mükəmməl bilmək və tətbiq etmək;

-Əsas xəstəliklər, sağlamlıq vəziyyətləri, daxili və xarici zədələr, SPA prosedur zamanı yarana biləcək risklər və onların aradan qaldırılması haqqında tam ətraflı məlumatlı olmaq;

-Qonağın istifadə olunan texnika, üsul və SPA prosedurları ilə bağlı suallarını peşəkar səviyyədə cavabalandırmaq;

-SPA prosedur otaqlarının hər zaman səliqəli olmasından, set – up standartlarının qaydasında olmasından, təmizliyin, gigiyena və dezinfeksiyasının yüksək səviyyədə olmasından əmin olmaq;

-Bütün avadanlıqların yaxşı vəziyyətdə olduğundan və düzgün işləməsindən əmin olmaq;

-SPA prosedur otaqlarının, masaj otaqlarının  hər zaman təmizliyindən əmin olmaq və bunu qorumaq;

-SPA prosedurları zamanı gigiyena, dezinfeksiya qaydalarına ciddi riayət etmək;

-SPA prosedurları zamanı qonağa aid məlumatların, sağlamlıq vəziyyəti barədə gizliliyi təmin etmək;

-SPA prosedurlarına başlamazdan əvvəl qonaqların ehtiyaclarını qiymətləndirmək və əks göstərişləri nəzərdən keçirmək.

Tələb olunan təcrübə, bacarıqlar və səriştələr: 

-SPA və sağlamlıq xidmətləri sahəsində minimum 1 il iş təcrübəsi tələb olunur;

-SPA və sağlamlıq xidmətləri üzrə diplom və ya sertifikatın olması tələb olunur;

-Əsas xəstəliklər, sağlamlıq vəziyyətləri, daxili və xarici zədələr, SPA prosedurları zamanı yarana biləcək risklər və onların aradan qaldırılması haqqında tam ətraflı məlumatlı olmaq;

-Azərbaycan dilində səlis bilmək, Rus və İngilis dillərin yaxşı səviyyədə bilən namizədlərə üstünlük veriləcəkdir;

-Diqqətli, şəffaf, işində dəqiq və dürüst olmaq;

-Səliqəli və təmizkar olmaq;

-Komandada işləməyi bacarmaq.

İş şəraiti:

-İş rejimi: 6 günlük iş həftəsi;

-İş yeri – İsmayıllı, Basqal qəsəbəsi;

-İşə qəbul tam rəsmi şəkildə, əmək qanunvericiliyinə uyğun olaraq həyata keçirilir;

-Nahar yeməyi şirkət tərəfindən qarşılanır;

-İsmayıllı və Şamaxı şəhərlərindən hotelə nəqliyyat xidməti mövcuddur.

Müraciət etmə qaydası:

Maraqlanan namizədlər mövzu yerində “Masajist” yazmaqla öz CV-lərini [email protected] e-mail ünvanına göndərə bilərlər. 

Yalnız tələb edilən təcrübə, bacarıqlar və səriştələrə cavab verən namizədlərlə müsahibə üçün əlaqə saxlanılacaq.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]