Baş Mühasib axtarılır
İşəgötürən – Avant Garde Pharma MMC
İşçiyə qoyulan tələblər:
Təhsil-İqtisadiyyat və ya Maliyyə sahəsi üzrə;
İş təcrübəsi-5 ildən artıq;
1C, MS Office bilikləri;
İdarəetmə, ünsiyyət, işgüzarlıq və əməkdaşlıq qabiliyyəti;
Beynəlxalq uçot standartları üzrə biliklər;
Vergi Məcəlləsi üzrə mükəmməl biliklər;
Vəzifə öhdəlikləri:
Mühasibat və vergi uçotunun aparılması qaydalarını rəhbər tutaraq uçotun aparılması;
Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesabında (həmçinin 1C proqramında) düzgün əks etdirilməsinə nəzarət;
Əsas vəsaitlərin qanunvericiliyə uyğun amortizasiya və təmir xərclərinin yoxlanılması;
Kassa, Bank hesabları üzrə ödənişlərin həyata keçirilməsi;
Əmək haqqı, məzuniyyət haqqı, ezamiyyət və s. əmək haqqı ilə bağlı sənədlərinin hazırlanması, hesablanması və ödənilməsi;
İdxal olunanacaq mallara görə müqavilələr üçün gömrük kodlarının alınması;
Vergi, mənfəət, DSMF və digər hesabatların hazırlanması və göndərilməsi.
İş şərtləri:
Əmək haqqı: müsahibə əsasında
İş vaxtı: 9.00 – 18.00
İstirahət günləri: Şənbə və Bazar günü
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu
Tələblərə uyğun şəxslər CV formalarını [email protected] elektron poçt ünvanına, mövzu hissəsinə “Baş mühasib” yazaraq göndərə bilərlər.
Vakansiyalar
-
23 saat, 7 dəq
Discovering the Globe of VIP Online Casinos: An Exclusive Experience
-
1 gün, 3 dəq
Erkunden der Welt neuer Online-Glücksspielunternehmen: Ein umfassender Leitfaden
- 2 gün, 20 saat, 45 dəq
- 2 gün, 20 saat, 48 dəq
- 2 gün, 21 saat, 24 dəq