Bank Respublika ASC xidmətlər üzrə məsləhətçi axtarır (Reception, Yevlax)

İşəgötürən: Bank Respublika ASC
Vakansiya: Xidmətlər üzrə məsləhətçi (Reception, Yevlax)
Son tarix: 22 iyul 2022
Ümumi vəzifə öhdəlikləri:
-Ofisə müraciət edən müştərilərin qarşılanması, salamlanması, istiqamətləndirilməsi;
-Müştərilərə bankın məhsul və xidmətləri haqqında məlumatların verilməsi;
-Müştərilər arasında aparılan sorğularda iştirak;
-Bankomat, terminallarda ödəniş zamanı müştərilərə köməklik göstərmək.
Namizədə qarşı tələblər:
-Ali təhsil (maliyyə, iqtisadiyyat və biznesin idarə edilməsi üzrə təhsil arzuolunandır);
-İş təcrübəsi: Müştəri xidmətləri üzrə təcrübə arzuolunandır;
-Dil bilikləri: Azərbaycan və Rus dilləri əla, İngilis dili orta səviyyədə arzuolunandır;
-Komputer bilikləri: Microsoft Office Programs (Word, Excel);
-Müxtəlif düşüncə və dünyagörüşə malik insanlarla yazılı və şifahi ünsiyyət qurmaq bacarığı;
-Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə bacarığı;
-Ünsiyyət tərzi ilə insanları cəlb etmə və inandırmaq bacarığı;
-Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
-Komandanın bir üzvü olmaq üçün yeni iş mühiti və kollektivə tez uyğunlaşmaq bacarığı.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 21 iyul 2022-ci il tarixinədək email-in mövzu hissəsində Xidmətlər üzrə məsləhətçi (Reception) – Yevlax qeyd etməklə [email protected] elektron ünvanına göndərə bilər. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər.
Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Vakansiyalar
- 14 saat, 44 dəq
- 1 gün, 15 saat, 39 dəq
- 1 gün, 15 saat, 53 dəq
- 2 gün, 10 saat, 16 dəq
- 2 gün, 10 saat, 21 dəq