Bank of Baku xəzinədarlıq departamentinin eksperti/kiçik eksperti axtarır

İşəgötürən: Bank of Baku
Vakansiya: Xəzinədarlıq departamentinin eksperti/kiçik eksperti
Son tarix: 18 avqust 2022
Əsas vəzifə və öhdəliklər:
-Müxbir hesabların, eləcə də maliyyə qurumlarının ssuda və depozit hesablarının açılması, aparılması, bağlanması və bununla əlaqədar sənəd və məlumat mübadiləsi
-Nostro hesablar üzrə qalıqların təsdiqi üçün müvafiq banklarla yazışmaların aparılması,
-Loro hesablar üzrə daxil olmuş sorğuya əsasən qalıqların təsdiqi və tələb olunan yerə göndərilməsi
-Gün ərzində Nostro hesablar üzrə aparılmış əməliyyatların yoxlanılması və banklardan daxil olmuş çıxarışlarla müqayisə olunması
-Müxbir hesablar üzrə müvafiq gəlir və xərclərin ödənilməsi (və yaxud tutulması), bu əməliyyatlar üzrə qeyri-dəqiqliyə yol verildikdə səhvlərin araşdırılması və aradan qaldırılması
-Gün ərzində Loro hesablar üzrə əməliyyatların yoxlanılması və aparılmış əməliyyatlar üzrə SWIFT vasitəsilə çıxarışların göndərilməsi
-Qeyri-rezident banklardan nağd vəsaitin gətirilməsi prosesinin təşkili və həyata keçirilməsi
Tələblər:
-İş təcrübəsi (il): mütləq tələb deyil (olması üstünlükdür)
-Təhsil: ali texniki, iqtisadi, maliyyə, hüquq və uyğun digər ixtisas
-Dil biliyi (dil/dərəcə): Azərbaycan, Rus və Ingilis dilləri – əla
-Kompüter biliyi: MS Office
-Hesabatlılıq və təqdimat bacarığı
-Punktuallıq
İş yeri: Bank of Baku ASC, Baş Ofis
İş vaxtı: B.e.-Cümə, saat 9.00 saat 18.00-dək
Müraciət qaydası:
Müraciət etmək istəyən namizədlər aşağıdakı link vasitəsilə onlayn www.bankofbaku.com/az/about/i-nsan-resurslar/vakansiyalar/online-cvform CV formamızı doldura və ya CV-ləri subject bölməsində Xəzinədarlıq qeyd etməklə [email protected] mail ünvanına göndərə bilərlər. Yalnız ilkin seçimdən keçən şəxslərlə əlaqə saxlanılacaqdır.
Vakansiyalar
- 5 saat, 49 dəq
- 5 saat, 54 dəq
- 5 saat, 57 dəq
- 6 saat, 1 dəq
- 6 saat, 8 dəq