AZNAR baş mühasib axtarır

İşəgötürən: AZNAR
Vakansiya: Baş mühasib
Son tarix: 05 sentyabr 2022
Əmək funksiyaları:
-Daxil olan pul vəsaitlərinin uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini, xərclərini, məhsulun satışını, iş və xidmətlərin yerinə yetirilməsini əməliyyatlarının uçotunu aparmaq;
-Kassa və bank əməliyyatlarının, əsas vəsaitlərin və öhdəliklərin, qeyri-material aktivlərin, az dəyərli əşyaların, material ehtiyyatlarının və hesab- fakturaların uçotunu aparmaq;
-Qanunvericilik və mühasibat uçotu qaydaları intizamına ciddi əməl etmək;
-İnzibati və digər xərclərin, debitor borclarının, çatışmazlıqların və itkilərin mühasibat balanslarından düzgün silinməsini təmin etmək;
-Dövlət büdcəsinə məcburi ödəmələri, vergi, dövlət sosial sığorta fonduna ayırmaları, digər rüsum və ayırmaların ödənilməsini təmin etmək;
-Debitor və kreditor borclarının mühasibat uçotu hesablarında düzgün əks etdirilməsini təmin etmək;
-Vergi ilə bağlı əməliyyatlar: bütün vergi hesabatlarının göndərilməsi;
-E-qaimə fakturalarının yazılması;
-Bəyannamələrin hazırlanması və göndərilməsi;
-Gündəlik və aylıq hesabatların tərtib edilməsi;
-Daxili hesabatların hazırlanması və təqdim olunması;
-Mühasibat, vergi uçotu və DSMF, statistika ilə bağlı əməliyyatlar;
-Maliyyə hesabatlarının tərtib edilməsi;
-Vergi orqanlarından daxil olan məktubların nəzarətdə saxlanılması və müvafiq yazışmaların aparılması;
-Rəhbərliyin verdiyi digər tapşırıqların yerinə yetirilməsi.
Namizədə olan tələblər:
-Baş mühasib və ya mühasib kimi istehsalat və aqrar sahədə minimum 3 il iş təcrübəsi;
-ƏDV ilə işləmə bacarığı;
-1C 8.3 proqram təminatında işləmək bacarığı.
İş şəraiti:
-5 günlük iş rejimi;
-İş yeri: Bakı və Göyçay;
-Korporativ telefon nömrəsi verilir;
-Nahar yeməyi təmin edilir;
-Əmək haqqı razılaşma yolu ilə.
Maraqlanan namizədlər mövzu bölümündə “Baş mühasib” yazaraq CV-lərini göndərə bilərlər.
CV-nin göndərilməsi üçün e-mail: [email protected]
Vakansiyalar
- 1 saat, 37 dəq
- 1 saat, 39 dəq
- 1 saat, 54 dəq
- 1 saat, 56 dəq
- 2 saat, 10 dəq