Azersun Holding mühasib axtarır (Qazax)
İşəgötürən: Azersun Holding
Vakansiya: Mühasib (Qazax)
Son tarix: 26 avqust 2022
Tələblər:
-Ali təhsil (maliyyə, iqtisadiyyat və ya mühasibatlıq ixtisası üzrə);
-Mühasibatlıq sahəsi üzrə minimum 1 il iş təcrübəsi olmalı (İstehsalat sahəsində olması üstünlükdür)
-Vergi məcəlləsini bilməli;
-Bütün növ (vergi, DSMF və s.) hesabatların hazırlanma və təqdimetmə qaydalarını bilməlidir;
-1C, MS Office (xüsusilə MS Excel) proqramlarını bilməli;
-Müəssisədə mühasibat uçotunun forma və metodlarını bilməlidir.
İş haqqında:
-Mühasibat sənədlərinin düzgün tərtib edilməsi;
-Statistika hesabatı, DSMF hesabatın hazırlanması;
-Şirkətdə aparılan əməliyyatların maliyyə hesabatlarında düzgün əks olunmasına nəzarət edilməsi, gündəlik balansın və dövriyyə məlumatlarının yoxlanılması;
-Hesablamaların yoxlanılması və dəqiqliklə hesablar sisteminə köçürülməsi.
İş şərtləri: Həftə içi 5 gün, 09:00-18:00
İş yeri: Qazax rayonu
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hrazersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.
Email-in mövzu hissəsində “Mühasib (Qazax)” qeyd etməyiniz xahiş olunur.
Vakansiyalar
-
1 saat, 59 dəq
Etyczne dylematy wynikające z wykorzystaniem AI w wirtualnych kasynach
-
2 saat, 43 dəq
A amunra kaszino amunra casino banki lehetőségekről és kifizetésekről szóló kimerítő oktatóanyag
-
2 saat, 45 dəq
No Wagering Gambling Establishment: A Guide to Gambling Without Limitations
-
21 saat, 21 dəq
Скачайте Pin Up приложение и окунитесь в азартный мир Казахстана
- 1 gün