Azerlotereya şirkətinə Baş mühasib tələb olunur

Mühasib


İş elanını dərc edən: Azerlotereya
Vakansiya: Baş mühasib
Son tarix: 28 mart 2023
Vəzifənin məqsədi:
- Şirkətin tələblərinə müvafiq olaraq mühasibatlıq və vergi fəaliyyətinə görə məsul olan qrupun idarə
edilməsinə, eləcə də aşağıdakılara görə cavabdehlik daşıyır:
- Ümumi mühasibatlıq işi üzrə məsul işçilərin idarə edilməsi və onların işinə nəzarət, kreditor və debitor borcları
 kimi sahələrdə biznes proseslərinin koordinasiyası.
- Sifarişçilərin ödənişləri, mühasibat hesabatları və layihələrin lazımı səviyyədə aparılması və təhvil
verilməsininə dair nəzarət etmək.
- Standart Mühasibatlıq Prosedurları (SAP) kimi güclü “mühasibat uçotu və hesabatvermə” strukturlarını
inkişaf etdirmək və hesabat dövrünü bağlamağlanılmasına dair nəzarət və təmin etmək.
- Əməliyyatları yerli vergi qanunvericiliyinə müvafiq olaraq idarə etmək, əməliyyatları qanunvericilik
çərçivəsində təhlil etmək və vergi, habelə digər dövlət qurumları üçün bütün lazımı hesabatları (aylıq, rüblük,
 illik) düzgün və şəffaf şəkildə hazırlanmasını təmin etmək.
- Şirkət müqavilələrinin qüvvədə olan vergi qanunvericiliyi və mühasibatlıq standartlarına müvafiq olaraq
əməliyyatların əsas təşkil edən sənədlərin yoxlanılması, bütün mühasibatlıq hesabatlarının nezarət edilməsi.
Vacib funksiyalar və əsas vəzifə öhdəlikləri:
- Bank, mədaxil-məxaric, amortizasiya, əsas vəsaitlər, inventarlar, idarəetmə xərcləri, sığorta sənədləri və s. bu
 kimi mühasibatlıq sənədlərinin müntəzəm qaydada və vaxtında aparılmasını təmin etmək;
- Şirkətin sığorta əməliyyatlarını həyata keçirmək və bütün ziyanların kompensasiya edilməsini təmin etmək;
- Təchizatçılar və işçilər üçün ödəniş siyahılarının hazırlanmasına nəzarət etmək;
- Təchizatçı və diler hesablarının yoxlanılıb nizama salınmasını təmin etmək;
- Standart mühasibatlıq prosedurları (SAP) proqramında mühasibat hesabatlarının işlənib hazırlanmasını təmin
 etmək;
- SAP proqramında ümumi mühasibatlıq proseslərinə nəzarət etmək;
- Debitor borcları sistemlərini və avans sifarişlərini, o cümlədən bütün hesab-fakturaların qəbulunu, qaydaya
 salınmasını, təsdiqləmələr və hesab nömrələrinə görə yoxlamaq, bank köçürmələrinin aparılması və hesabfakturaların ləğv edilməsi kimi işlərə görə cavabdeh olmaq;
- Fakturaya daxil edilən məlumatlar və debitor borcları, habelə satıcı şirkətlərdən toplanılan məbləğlərə görə
 cavabdeh olmaq;
- SAP proqramında mühasibatlıq prinsiplərinə müvafiq olaraq aylıq, rüblük və illik hesabat dövrlərini bağlamaq
 və şirkətin hesabatvermə məqsədləri üçün mühasibatlıq fəaliyyətlərinin koordinasiyasını həyata keçirmək;
- Korporativ xərclərin şirkətin sazişlərinə və fəaliyyətlərinə uyğun olmasına nəzarət etmək;

- Qüvvədə olan vergi qanunvericiliyi və mühasibatlıq standartlarına müvafiq olaraq şirkətin müqavilələrinə
nəzarət etmək;
- Bütün əməliyyatların vergi qanunvericiliyinə müvafiq olaraq aparıldığını yoxlamaq və nəzarət etmək;
- Mühasibatlıq əməliyyatlarının standartlara və vergi qanunvericiliyinə müvafiq olaraq aparılmasına nəzarət
 etmək;
- Vergi, habelə digər dövlət orqanları üçün aylıq, rüblük, illik hesabatlar hazırlanmasını təmin etmək;
- Vergi habelə digər dövlət orqanları ilə əlaqə saxlamaq.
İdarəetmə (Rəhbərlik) öhdəlikləri:
- İşəgötürmə prosesində iştirak etmək, hədəfləri, inkişaf və təlim planlarını müəyyən etmək və tabeliyində olan
 işçilərin icra göstəricilərini qiymətləndirmək;
- Tabeliyində olan işçiləri təlimatlandırmaq və onların daha yüksək iş göstəricilərinə nail olmaları və iş
şəraitindən razı qalmaları üçün onları stimullaşdırmaq.
Ümumi öhdəliklər:
- Tədqiqatlar, biznesin təkmilləşdirilməsi, şirkətin tədbirləri və s. fəaliyyətlərdə iştirak kimi çoxfunksiyalı
tapşırıqları icra etmək;
- Şirkətin qayda və normalarına müvafiq olaraq fəaliyyət göstərmək;
Əsas əməliyyatlar:
- Ödəniş əməliyyatları; 
- Sığorta əməliyyatları;
- Ödəniş cədvəlinə nəzarət;
- Hesab-fakturaların SAP sistemlərində qeydiyyata alınmasına nəzarət;
- Hesabat dövrünün aylıq bağlanılması;
- İşçilər üzrə xərclərin tənzimlənməsi;
- İnventarların hesablanmasına nəzarət;
- Əsas vəsaitlərin qeydiyyatı, amortizasiyası, sayımı;
- Vergi və digər dövlət orqanları üçün hesabatların hazırlanmasını və vaxtında təqdim edilməsini təmin edilməsi;
- Şirkət müqavilələrinin qüvvədə olan vergi qanunvericiliyi və mühasibatlıq standartlarına müvafiq olaraq idarə
 edilməsi
İcra göstəricilərinin ölçülməsi:
- SAP sistemlərinin (o cümlədən SAP proqramında aparılan bütün mühasibatlıq işlərinin) inkişaf etdirilməsi;
- Yerli qanunvericilikdə nəzərdə tutulmuş müddətə uyğun olaraq, vergi və digər dövlət orqanları üçün
hesabatların hazırlanması və təqdim edilməsi, habelə ödənişlərin həyata keçirilməsini təmin edilməsi;
- Bütün vergi ödənişlərinin lazımı qaydada həyata keçirilməsini təmin edilməsi;
- Şirkət müqavilələrinin qüvvədə olan vergi qanunvericiliyi və mühasibatlıq standartlarına müvafiq olaraq idarə
 edilməsi;
- Aylıq hesabat dövrünün səliqə ilə və vaxtlı-vaxtında bağlanılması;
- Şirketin inventarı ve əsas vəsaitlərin qeydiyyatı ve yoxlanılmasının nəzarəti;
- Yerli qanunvericilik tərəfindən mühasibatlıq işinə dair müəyyən edilmiş qaydalara və şirkətin prosedurlarına
 müvafiq olaraq baş mühasibatlıq kitabı üzrə hesablara nəzarət;
- Ödəniş cədvəlinin təchizatçının hesab-fakturaları və satıcı şirkətlərlə sazişlər üzrə tutuşdurularaq
yoxlanılması;
- İşçilərin təkmilləşdirilməsi:
- İşçilərin elektron sənəd formalarının və hədəflər üzrə sazişlərin mövcudluğu;
- İcra göstəriciləri və inkişafın nəzərdən keçirilməsi üçün kadrlar şöbəsinin prosedurlarına müvafiq olaraq
keçirilən iclaslar;
- Təlim (treninq) planları və keyfiyyətin idarə edilməsi üzrə təlim proqramları, məs. əldə olunan nəticələr/verilən
 tövsiyələr əsasında görülən işlər, təsdiqləmənin vaxtında verilməsi və s.

Maraqlanan şəxslərin CV-lərini mövzu (subject) hissəsində "Baş mühasib" yazmaqla [email protected] e-poçt ünvanına göndərmələri xahiş olunur.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]