AzerGold CJSC növbə rəisi axtarır (metallurgiya sahəsi üzrə)
İşəgötürən: AzerGold CJSC
Vakansiya: Növbə rəisə (metallurgiya sahəsi üzrə)
Son tarix: 07 aprel 2023
Əsas vəzifə və öhdəliklər:
-Aparılan əməliyyatların razılaşdırılmış plana uyğun olmasına nəzarət etmək;
-Topa aşındırma sahəsinə və kömürə gündəlik məhlul axınının planlanan şəkildə olmasına nəzarət etmək;
-Gündəlik metallurgiya (metallurji balans) hesabatının hazırlanmasına nəzarət etmək;
-Qızıl axınının ölçülməsinə nəzarət;
-Topa qələviləşdirmə sahəsində Aqlomerator məhsulunun gündəlik olaraq izlənməsinə nəzarət etmək;
-Aylıq sütun (yığın) testlərinin təşkili, Topa qələviləşdirmə sahəsindən gündəlik filiz nümunələrinin götürülməsinə nəzarət etmək;
-Gündəlik məhlul nümunəsinin götürülməsi, məhlulda pH, sianid və qızıl-gümüş tərkibinin yoxlanılmasına nəzarət etmək;
-Sianidlə leach performansın və kömürün adsorbsiya aktivliyini (adsorbsiya performansı) müəyyən etmək üçün nümunə nəticələrini gündəlik izləmək;
-Bütün nümunələrin gündəlik toplanmasına nəzarət etmək;
-Götürülən nümunələrin və nümunə götürülmə üsulunun yaxşı olmasını təmin etmək, tədqiq etmək və lazım olarsa inkişaf etdirmək;
-Bütün testlərin standart əməliyyat prosedurları ilə uyğun olmasına nəzarət etmək;
-Şüşə diyirləmə testinin lazımi qaydada həyata keçirilməsinə nəzarət etmək;
-Topa qələviləşdirmə sahəsində lazım olan sementin yoxlanılması üçün sement istifadə testinin aparılmasına nəzarət etmək;
-Topa qələviləşdirmə sahəsində perkolyasiya (süzülmə) səviyyəsini yoxlamaq üçün stabillik testinin aparılmasına nəzarət etmək;
-Regenerasiya olunmuş və turşu ilə yuyulmuş kömürün təzə kömür və doymuş/boş kömürə görə aktivliyinin həftəlik olaraq ölçülməsinə nəzarət etmək;
-Emal sahəsi və qızıl otağında maksimum qızıl çıxımına nail olmaq üçün reaktiv istehlakının optimallaşdırılmasına nəzarət etmək;
-Hasilat prosesində xammalın sərfinin uçotunu və nəzarətini təmin etmək;
-Hasilat prosesi barədə günlük, həftəlik və aylıq hesabatların verilməsinə nəzarət etmək;
-Metal əritmə və qəlibləmə prosesinin təşkilinə nəzarət etmək;
-Şöbəyə həvalə edilmiş vəzifələrin icrasını təmin etmək məqsədilə tərtib edilmiş iş planında nəzərdə tutulmuş tədbirlərin icra edilməsində iştirak etmək;
Tələb olunan bilik, bacarıq və səriştələr:
-Müvafiq qanunvericilik aktları və normalarını;
-Hasilat norma və qaydalarını bilməli;
-Dil və komputer bilikləri: Azərbaycan dili (mükəmməl), İngilis dili (yaxşı), Rus dili arzuolunandır. Microsoft Office proqramlarını bilməli.
Tələb olunan təhsil və iş təcrübəsi:
-Kimya mühəndisliyi və metallurgiya ixtisası üzrə ali təhsil;
-Minimum 1 il müvafiq sahədə iş təcrübəsi.
İş qrafiki: Növbəli iş rejimi
CV-nin göndərilməsi üçün link
Vakansiyalar
- 2 ay, 5 gün, 11 saat, 58 dəq
- 3 ay, 3 gün, 13 saat, 51 dəq
- 6 ay, 1 həftə, 1 gün, 8 saat, 36 dəq
-
6 ay, 2 həftə, 6 gün, 4 saat, 7 dəq
PAŞA Bank “Techo” layihəsi ilə İT sahəsinin ekspertlərini komandasına qoşulmağa çağırır
- 6 ay, 3 həftə, 3 gün, 12 saat, 5 dəq