“Azercosmos” dövlət şirkətinə anbardar tələb olunur

Anbardar


İşəgötürən – Azercosmos

Vəzifə -Anbardar

Əsas vəzifələr:

-Malların anbara mədaxil və məxaric proseslərinin təşkili və sənədləşdirilməsi (təhvil-təslim aktı/mədaxil-məxaric aktı/istifadə aktı və s.)

-Mütəmadi (Rüblük/Yarımillik) anbar sayımının həyata keçirilməsi və uçot məlumatları ilə üzləşdirilməsi, uyğunsuzluqların səbəblərinin araşdırılması və aradan qaldırılması, və bütün prosesin sənədləşdirilməsi

-Anbarlarda malların təyinatı üzrə bölüşdürülməsi 

-Mallara inventar kodlarının verilməsi və uçotunun təşkili 

-Malların mühasibatlıq uçotundan əlavə olaraq anbardar tərəfindən uçotunun aparılması (Excel və ya digər vasitələr ilə)

-İstifadəyə yararsız, itmiş, xarab olmuş malların aktlaşdırılması

-İllik inventarizasiya prosesinin təşkilində iştirak etmək 

-Malların, ehtiyyat hissələrin təyinatından asılı olaraq aid olduqları department rəhbərləri və ya əməkdaşları ilə mütəmədi kommunikasiyyaların qurulması (mal qalığı səviyyəsinin aşağı düşməsi, illik plan, gözlənilən mallar və s. kimi məsələlər ilə bağlı)

-Avtomatlaşdırılmış informasiya sistemində anbar işinin təşkili;

-Anbarlaşdırılan mal-materialların sayına düzgün nəzarət edilməsinə, saxlanma rejiminə əməl olunmasına, qəbul və verilmə sənədlərinin doğru-düzgün tərtib olunması; 

-Məsuliyyətində olan anbarın təmiz, səliqəli və nizamlı saxlanılmasını təmin etmək;

-Malların anbara səliqəli və müvafiq qaydalara uyğun şəkildə yığılmasını təmin etmək; 

Bilik və bacarıqlar:

-Əmlakın və öhdəliklərin inventarizasiya qaydaları;

-Anbar işinin təşkili qaydaları;

-Digər aidiyyəti normativ sənədlər;

-MS Office, 1C proqramı;

-Azərbaycan dili – yazı və danışıq sərbəst; orta səviyyədə ingilis dili arzuolunandır;

-Dürüstlük;

-İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;

-İşə planlı yanaşma;

-Komandada işləmə bacarığı

-Təhsil: Ali

-Təcrübə: Anbardar vəzifəsində minimum 2 il

-İş rejimi: Bazar ertəsi – Çümə, sata 09:00-18:00

İş yeri: Azərkosmosun Bakı-Şamaxı yolunun 38-ci kilometrində yerləşən ofisi (servis və naharla təmin edilmə)

CV-nizi e-mail adresinə [email protected] vəzifənin adını qeyd edərək göndərə bilərsiniz.

Şirkət haqqında
Azərbaycan Respublikasının Kosmik Agentliyi olaraq sülh və rifah naminə yüksək texnologiyalara əsaslanan fərdi həllər təqdim edirik. Qlobal miqyasda rabitə şəbəkəsini təmin etmək, istedadlar yetişdirmək, regional kosmik mərkəz kimi xidmət göstərmək və Azərbaycanda kosmik sənayenin inkişafına töhfə vermək fəaliyyətimizin prioritet istiqamətləridir.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]