Azerconnect transformasiya və daxili nəzarət üzrə ekspert axtarır

Digər


İşəgötürən: Azerconnect

Vakansiya: Transformasiya və Daxili Nəzarət üzrə ekspert

Son tarix: 19 iyul 2022

Funksiya: Korporativ inkişaf və daxili nəzarət
İş qrafiki: Həftənin 5 günü saat 09:00-dan 18:00-dək. İşin tələblərinə əsasən ofisdən və evdən çalışa biləcəksiniz
Son müraciət tarixi: 18/07/ 2022

Transformasiya və Daxili Nəzarət üzrə ekspert olaraq Sizin vəzifə öhdəlikləriniz:

Daxili nəzarət üzrə öhdəliklər

-Aşağıdakılar üzrə Rəhbərliyə dəstək göstərməklə daxili nəzarət çərçivəsinin işlənib hazırlanmasında, effektiv daxili nəzarət sisteminin qurulmasında və daxili nəzarət çərçivəsinə uyğun olaraq davam etdirilməsində Rəhbərliyə kömək etmək:

-Əlverişli nəzarət mühitinin yaradılması

-Nəzarət fəaliyyətlərinin, uyğunluğun idarə edilməsi proqramının layihələndirilməsi və həyata keçirilməsi

-Cari biznes proseslərinin effektivliyi və səmərəliliyi, əsas nəzarət fəaliyyətləri üzrə dövri monitorinqlər və qiymətləndirmələr aparmaq

-Boşluqların təhlilini aparmaq, təkmilləşdirmələr, lazımi sənədlər və kommunikasiyalar üzrə tövsiyələr vermək

-Davamlı iş prosesi və daxili nəzarətin təkmilləşdirilməsi üzrə təşəbbüsləri asanlaşdırmaq, təşəbbüsləri rəhbərliyə çatdırmaq, “biznes tələbləri” sənədinin hazırlanmasında biznes bölmələrinə kömək etmək

Transformasiya üzrə öhdəliklər

-Qrupun transformasiya layihələrini, tədqiqatını və ən yaxşı təcrübəni müqayisə etmək, innovativ yanaşmaları müəyyən etmək, layihə ərzində effektiv maraqlı tərəflər arasında əlaqə və uyğunlaşmanı təmin etmək, dəyişikliklər və ən yaxşı nəticələrə nail olmaq vasitəsilə layihə qruplarına dəstək olmaq, əməliyyat mükəmməlliyinə nail olmaq üçün töhfə vermək

-Sistemlərin səmərəliliyini artırmaq üçün yüksək səviyyəli ehtiyacların təhlili və tövsiyə olunan xidmət təkmilləşdirmələri, transformasiya təşəbbüsləri aparmaq

-Transformasiya təşəbbüslərini həllər və nəticələrə çevirmək üçün maraqlı tərəflərlə əlaqə saxlamaq və əməkdaşlıq etmək

-Biznes və funksional tələblərin hazırlanmasında kömək etmək, sadələşdirilmiş və effektiv proseslər qurmaq, ən yaxşı sinif istifadəçi təcrübəsini təmin etmək üçün texniki dizaynı, sınaqları və yerləşdirməni dəstəkləmək

-Müəyyən edilmiş məsuliyyət sahələri daxilində biznes prosesinin arxitekturasını müəyyənləşdirmək və formalaşdırmaq

-Layihə idarəetmə vasitələrini yerləşdirmək və çatdırılma prosesini göstərmək, riskləri/məsələləri qeyd etmək və əldə edilmiş nəticələri izləmək üçün sənədlər hazırlamaq

Digər öhdəliklər

-Rəhbərliyin tələbi əsasında kənar auditorlar tərəfindən təqdim olunan MLP hesabatlarının monitorinqini aparmaq (lazım olduqda)

-Şirkətin FSCP (maliyyə hesabatlarının bağlanması proseduru) yerində olduğundan və adekvat şəkildə tərtib olunduğundan və həyata keçirildiyindən əmin olmaq

-Əsas daxili və xarici zəmanət təminatçıları ilə əlaqələndirmək

-Rəhbərin şifahi və yazılı göstərişlərini yerinə yetirmək

Vəzifənin tələbləri:

-İqtisadiyyat və ya əlaqəli üzrə Ali təhsil

-Beynəlxalq ixtisasa üstünlük verilir (minimum ACCA, CIA imtahanlarından keçmək)

-Proseslərin optimallaşdırılması, Transformasiya layihələri, Daxili nəzarət və müvafiq sahələrdə bilik və bacarıqlar

-Telekommunikasiya sahəsindən anlayışlı olmaq (üstünlükdür)

-Yüksək analitik və təşkilatçılıq bacarığı

-Güclü yazılı və şifahi ünsiyyət bacarıqları

-Güclü Powerpoint və digər vizuallaşdırma/təqdimat alətləri  üzrə biliklər

-Vaxtın idarə edilməsi bacarıqları

-Liderlik və asanlaşdırıcı bacarıqlar

-Proseslərin optimallaşdırılması, Transformasiya, Daxili nəzarət və müvafiq Məsləhət sahələrində ən azı 4 il təcrübə

-Azərbaycan və İngilis dillərini sərbəst bilmək, Rus dilini bilmək üstünlükdür

-“MS Office”-in qabaqcıl istifadəçisi olmaq (xüsusilə MS Project və MS Excel və MS Visio və MS Power Point)

-Şəxslərarası ünsiyyət bacarıqları

-İşə məsuliyyətli yanaşma

-Tapşırıqları təhlil etmək  və öncəlik tanımağı bilmək

Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

CV-nin göndərilməsi üçün link

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]