AzerBlast şirkətinə Anbardar və Mexanik (Gəncə) tələb olunur

Anbardar


İş elanını dərc edən: AzerBlast MMC
Vakansiya: Anbardar (Gəncə)
Son tarix: 08 mart 2023
Vəzifə öhdəlikləri:
- İş yükünün planlaşdırılması:
- Anbar idaretmə sahəsində inzibatçılıq:
- Təlimatlara uyğun olaraq bütün anbar və anbar yerlərinin təmizliyini və qaydasını təmin etmək,
- Təlimatlara uyğun olaraq iş tələblərini yerinə yetirərək bütün yükləmə-boşaltma proseslərində işləmək;
- İnşaat maşınlarının işləməsinə imkan verməyən və insan gücü ilə yerinə yetirilməli olan işlərdə fiziki yükləməboşaltma işləri aparmaq.
- Məhsulların qəbulunun təşkil edilməsi;
- Anbardaxili əməliyyatlarının gündəlik uçotunun təşkili;
- Məhsul çıxışlarının uçotu;
- Anbar uçotunda sənədləşmənin təşkili;
- Bəlli zamanlarda inventarizasiyanın aparılması;
- Əməyin mühafizəsi, təhlükəsizlik texnikası və yanğından mühafizə tələblərinə riayət etmək.İş yükünün
 planlaşdırılması:
- Mal və materialın uçotunun təşkili:
- Anbar idaretmə sahəsində inzibatçılıq:
- Anbar idaretmə sahəsində effektivliyin artırılması:
- Mal və materialların dövretmə göstəricilərinin hazırlanması
- Anbar idarəetmə sisteminin optimillaşdırma prinsiplərin uyğun yenidən təşkili
- Əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarının təmin edilməsi
Namizədə qarşı tələblər:
- Nizam-intizamlı, qrupu idarə etmək, işçilərlə münasib davranış qabiliyyəti olan;
- Yaranmış problemi cəld aradan qaldırma bacarığı (kreativlik);
- İşə tez adaptasiya ola biləcək, qrupu tez bir zamanda inkişaf etdirəcək;
- Seçimə görə keyfiyyət zəmanəti və əməyin təhlükəsizliyi sahəsində təcrübəsi olan;
- Məsuliyyətli, dürüst və dəqiq olan;
- Dinamik iş şərtlərinə və dəyişkən iş saatlarına uyğunlaşa bilən;
Bilməli olduğu qayda və təlimatlar:
- Müvafiq sahədə ali təhsil (Maliyyə, İqtisadiyyat və s. sahələrdə)
- Anbarlarda iş təlimatı təlimi keçməli;
- Partlayıcı maddələrlə iş təlimi sertifikatlı olmalı;
- Göstərilən vəzifə üzrə ən azı 3 illik iş təcrübəsi;
- Şifahi və yazılı ünsiyyət qurmaq və danışıqlar aparmaq bacarığı;
- Dil bilikləri: Azərbaycan dili-səlis; Türk dili arzuolunandır;
- Kompüter biliyi: MS Office (Word, Excel) “1C” proqramı;
Qeyd olunan tələblərə cavab verən namizədlərdən öz şəkilli CV-lərini məktubun mövzu hissəsində “Anbardar” qeyd etməklə [email protected] elektron ünvanına göndərmələri xahiş olunur. Yalnız yuxarıdakı tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

2.Mexanik (Gəncə)
Son tarix: 08 matr 2023
Vəzifə öhdəlikləri:
- İstehsalat prosesinin texniki təhlükəsizliyini təmin etmək;
- Müəssisədə olan mexaniki avadanlıqların fasiləsiz texniki cəhətdən düzgün istismarını və etibarlı işini,onların saz vəziyyətdə, tələb olunan səviyyədə işləməsini və saxlanılmasını təmin etmək;
- Mexaniki texniki qulluq cədvəlinin fasiləsiz tərtib edilməsi,
- Təmir və ya yenilənmə üçün qüsurlu və ya zədələnmiş mexaniki materialların satın alınması.
- Yeni təkmilləşdirmə və layihələrdə mexaniki işlərin yığılması,
- Əməyin mühafizəsi, işçilərin sağlamlığı və ətraf mühitin mühafizəsi tələblərinə uyğun işləmək,
- Sexdə ehtiyat mexaniki hissələrin qaydasında saxlanılmasını təmin etmək;
- Zavodda və onların rəhbərlərinə anormal vəziyyət/qəza və ya nasazlıq halları barədə məlumat vermək.
- Zavod boyu fasiləsiz işləyən avadanlıqların müntəzəm mexaniki nəzarətini həyata keçirmək;
- Təmir və ya texniki xidmət işlərində elektrik texniki xidmət operatoru ilə razılaşdırılaraq işləmək.
- Mövcud texnikanın yenidən qurulması və yeni avadanlıqların yaradılması üçün texniki şərtlər hazırlamaq;
- İstehsal qurğu və avadanlıqlarına mütamadi baxış, sınaq və profilaktik təmir işlərinin icrasını həyata keçirmək, istehsalın texniki hazırlığıı təmin etmək;
- Texnoloji avadanlıqların texniki vəziyyətini və qalıq ömrünü yoxlamaq, müntəzəm baxış və təmir işlərini təşkil edilməsi;
- Təmir işlərində əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına riayət etmək;
- Məhsulların qaynaq və montaj proseslərinin düzgünlüyünü yoxlamaq;
- Avadanlıqlar, qurğular və dəzgahlar üzrə metodiki, normativ aktlar hazırlamaq;
- Keyfiyyətlə və təhlükəsizliklə bağlı məsələlərini vaxtında həll etmək;
- Yeni və mövcüd olan istehsal proseslərə texniki dəstəy və yardım göstərmək və yeni təklifləri irəli sürmək;
- Səlahiyyətlər: Yuxarıda qeyd olunan vəzifələri yerinə yetirmək üçün lazımi səlahiyyətlərə malikdir.
- Təlim: Əməyin mühafizəsi üzrə təlim keçmiş olmalıdır.
- Zavod boyu mexaniki avadanlıqla işləməyi, təmiri və parametrləri öyrənməlidir.
- Mexanik işlərin görülməsi üçün əl bacarıqlarına malik olmalıdır.
- Təcrübə: Mexanik texniki xidmət və mühərrik, torna təmizləmə və sanitar sahədə ən azı 1 il iş təcrübəsi;
Santexnika biliyi olanlara üstünlük verilir.
Namizədə qarşı tələblər:
- Materialların xassələrini və xüsusiyyətlərini bilmək ;
- Cihaz və avdanlıqlarla tanış olmalı, həm nəzəri həm də praktiki cəhətdən onların iş prinsiplərini və təmirini bilmək;
- Detallara diqqət yetirməyi bacarmaq; anlama və təşkilatçılıq qabiliyyəti;
- Təhsili: Ali və ya orta texniki
- Partlayıcı maddələrlə iş təlimi sertifikatı olmalı;
- Dil bilikləri: Azərbaycan dili – səlis; türk dili arzu olunandır;

Qeyd olunan tələblərə cavab verən namizədlərdən öz şəkilli CV-lərini məktubun mövzu hissəsində “Mexanik” qeyd etməklə [email protected] elektron ünvanına göndərmələri xahiş olunur. Yalnız yuxarıdakı tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

“AzerBlast” Məhdud Məsuliyyətli Cəmiyyəti “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin sənaye əhəmiyyətli partlayıcı maddələrin istehsalı üzrə ixtisaslaşmış törəmə cəmiyyətidir. Cəmiyyət 9 mart 2021-ci il tarixində dövlət qeydiyyatına alınıb. Cəmiyyətin iki təsisçisi mövcuddur. Təsisçilərdən biri “AzerGold” QSC, digəri isə “DM Servis” MMC-dir. Törəmə cəmiyyətin ümumi paylarının 51 faizi “AzerGold” QSC-yə, 49 faizi digər təsisçi “DM Servis” MMC-nə təsisçiyə məxsusdur. Cəmiyyətin yaradılmasında məqsəd mədənlərin hasilatı prossesində və digər sənaye sahələrində istifadə olunan mülki partlayıcı maddələrə tələbatın ödənilməsi, idxaldan asılılığın aradan qaldırılmasıdır. Həmçinin MMC istehsal etdiyi məhsulların xarici bazarlara çıxarılmasını, ölkəmizin ixrac potensialının artırılmasına töhfə verməyi qarşıya hədəf qoymuşdur. Bu məqsədlə ölkəmizdə sənaye partlayıcı maddələrin istehsalını həyata keçirəcək zavodun inşası nəzərdə tutulub. Bu məqsədlə yaxın gələcəkdə qabaqcıl innovativ texnologiyaların tətbiqi ilə sənaye partlayıcılarının istehsalını həyata keçirəcək zavodun inşası planlaşdırılır. Zavodda istehsalat ekoloji norma və qaydalara uyğun təşkil ediləcəkdir. Sözügedən müəssisənin fəaliyyəti regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı dövlət proqramı çərçivəsində daimi iş yerlərinin açılmasına, dağ-mədən sənayesinin yan sahələrinin və qeyri-neft sektorunun inkişafı, o cümlədən ixracın şaxələndirilməsinə xidmət edəcəkdir.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]