Azerbaijan SuperMarket SƏTƏM və əməliyyatlar üzrə təlim aparıcısı axtarır

İşəgötürən: Azerbaijan SuperMarket
Vakansiya: SƏTƏM və Əməliyyatlar üzrə təlim aparıcısı
Son tarix: 30 iyul 2022
Departament: İnsan Resursları və İnzibati işlər | İstedad və bacarıqların inkişafı.
Vəzifə öhdəlikləri:
-Mağaza vəzifələrinə aid təlim ehtiyaclarının müəyyənləşdirilməsində iştirak etmək;
-Mağaza işçiləri üçün təlim materiallarının yaradılması məqsədi ilə mağaza rəhbərliyinin bütün səviyyələri və əlaqədar şöbələrin mütəxəssisləri ilə sıx əməkdaşlıq etmək;
-Təlim sessiyalarını keçirmək, lazım olduğu təqdirdə keyfiyyətin yoxlanılması üçün mağaza və ərazi ziyarətləri etmək;
-Keçirilən təlim sessiyalarının effektivliyini yoxlamaq üçün nəzərdə tutulmuş vasitələri tətbiq etmək;
-Paylanma materialları, təlimat materialları və dərslikləri hazırlamaq, daim yeniləmək və nəzarət etmək;
-Təlim davamiyyətini təmin etmək və qeydiyyatı aparmaq;
-SƏTƏM şöbəsi ilə razılaşdırılaraq təlim materiallarını hazırlamaq və işçilərə ilkin SƏTƏM təliminin keçirilməsini təmin etmək;
-İşçilərə SƏTƏM üzrə vəzifə təlimatlarının izahı məqsədilə müvafiq növbədənkənar təlimlərin keçirilməsini təmin etmək;
-Bütün SƏTƏM təlimlərinin qanunvericiliyə uyğun formada sənədləşdirmək və saxlamaq;
-SƏTƏM üzrə təlimlərin məlumatı bazasını hər təlimdən dərhal sonra yeniləmək və sənədlərin daim əlçatan olmasını təmin etmək;
-SƏTƏM təlim materiallarının hazırlanması və SƏTƏM şöbəsi ilə razılaşdırılması;
-İllik SƏTƏM təlim planını hazırlamaq və SƏTƏM şöbəsi ilə razılaşdırmaq;
-SƏTƏM təlimləri ilə bağlı yaranmış hər hansı problem və ya təkliflər barədə SƏTƏM şöbəsinə məlumat vermək;
-Təlim prosesləri zamanı Şirkət Siyasətlərinə və Standart Əməliyyat Prosedurlarına riayət olunmasını və hər zaman əməl olunmasını təmin etmək.
Namizədə dair tələblər:
-Bakalavr dərəcəsi;
-Mükəmməl Azərbaycan dili. İngilis və Rus dilləri üzrə biliklər üstünlükdür;
-Auditoriya qarşısında çıxış etmək bacarığl;
-Təlim keçirilməsində özünə güvənmək;
-Mükəmməl təqdimat bacarığı;
-SƏTƏM təlimlərinin keçirilməsi üzrə təcrübə;
-MS Ofis proqramları biliyi: Outlook, Power Point, Word;
-Təlim materialları hazırlamaq üçün araşdırma aparmaq və tələb olunan məlumatı toplamaq bacarığı;
-Kreativlik və təşəbbüskarlıq;
-Zamanın idarəedilməsi bacarığı;
Mağaza prosesləri haqqında ilkin anlayışa sahib olmaq.
Maraqlanan namizədlər [email protected] email ünvanına “SƏTƏM və Əməliyyatlar üzrə təlim aparıcısı” başlığı ilə müraciət edə bilər.
Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Vakansiyalar
- 6 saat, 20 dəq
- 7 saat, 6 dəq
- 7 saat, 44 dəq
- 8 saat, 31 dəq
- 8 saat, 32 dəq