Azerbaijan SuperMarket anbardar axtarır

İşəgötürən: Azerbaijan SuperMarket
Vakansiya: Anbardar
Son tarix: 22 oktyabr 2022
Vəzifə öhdəlikləri:
-Qəbul şöbəsindən materiallarını almaq və lazımi qaydada qeydiyyat aparmaq.
Materialların, alətlərin və avadanlıqların düzgün saxlanmasını təşkil etmək.
-Saxlama zamanı materiallara texniki qulluğun göstərilməsi və onların qorunması üçün tədbir görmək.
-Materiallara nəzarət etmək və Satınalma şöbəsinə vaxtı-vaxtında materiallarla bağlı sifarişlər vermək.
-Tullantılar, qırıntılar və köhnəlmiş materiallar barədə hesabat vermək.
-Kənar şəxslərin anbara girişinin qarşısını almaq.
-Anbarla bağlı qəbzləri, qeydləri və çıxarışları saxlamaq.
-Təchiz olunmuş materialları qəbul etmək, boşaltmaq və saxlamaq.
-Təchiz olunmuş materiallarda zədə və ya uyğunsuzluqların olub-olmadığını yoxlamaq.
-Materialların gətirilmə ardıcıllığı ilə təqdim olunmasını təmin etmək və artıqların utilizasiyasını əlaqələndirmək.
-Materialların uçotunu aparmaq və inventarın lazımi səviyyədə olmasını təsdiqləmək və inventara nəzarət etmək üçün bütün sənədləri təqdim etmək.
-Yükləmə-boşaltma işlərini, avadanlıqların hərəkətini və ehtiyac duyulan kiçik təmir işlərini əlaqələndirmək.
-Düzgün iş şəraiti yaratmaq.
Namizədə dair tələblər:
-Orta təhsil
-Göstərilən sahədə ən azı 6 ay təcrübə
-Ünsiyyət qurmaq.
-Problemləri vaxtında aşkarlamaq və həll etmək.
-Prioritetlər müəyyənləşdirmək və vaxtdan səmərəli istifadə etmək.
-Sərbəst şəkildə və ya komandada işləyə bilmək.
Qeyd: İş yeri Lökbatan qəsəbəsində yerləşir.
Maraqlanan namizədlər [email protected] email ünvanına “Anbardar” başlığı ilə müraciət edə bilər.
Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Vakansiyalar
- 2 gün, 6 saat, 21 dəq
- 2 gün, 6 saat, 24 dəq
- 2 gün, 23 saat, 39 dəq
- 3 gün, 21 dəq
- 3 gün, 23 dəq