Azerbaijan Airlines maliyyə və mühasibat uçotu idarəsinin mühasib və iqtisadçısı axtarır

İşəgötürən: Azerbaijan Airlines
Vakansiya: Maliyyə və Mühasibat uçotu idarəsinin mühasib və iqtisadçısı
Son tarix: 29 sentyabr 2022
Vəzifə öhdəlikləri:
-Mühasibatlıq uçotu üzrə ilkin sənədləşmələrin təşkili;
-Bank əməliyyatlarının həyata keçirilməsi və ilkin uçot sənədlərinin sistemə işlənilməsi;
-Əsas vəsaitlərin və mal-materialların uçotunun aparılması;
-Yük gömrük bəyannamələri ilə işləmə bacarığı;
-İdxal və ixrac əməliyyatlarının uçotunun aparılması;
-Gündəlik və aylıq hesabatların tərtib edilməsi;
-Müvafiq müxabirləşmələrin verilməsi;
-Qanunvericilik və mühasibat uçotu qaydaları intizamına ciddi əməl edilməsi;
-Rəhbərliyin verdiyi digər tapşırıqların yerinə yetirilməsi.
Namizədə olan tələblər:
-Təhsili/ixtisası: Ali təhsil (Maliyyə, Mühasibatlıq və İqtisadiyyat üzrə);
-Dil bilikləri: azərbaycan dili – əla,
-Kompüter bilikləri: (xüsusi proqramlar): Microsoft Excel-yaxşı, Word-yaxşı,
-Outlook –yaxşı, 1C-yaxşı.
Şəxsi keyfiyyətlər:
-Komandada işləmək bacarığı;
-İşə planlı yanaşmalı;
-Analitik düşüncə və problemi həll etmə qabiliyyəti.
Üstünlüklər:
-Analoji sahə üzrə 1 il və ya daha çox iş təcrübəsi;
-Rus və İngilis dil biliyi;
-İFRS (beynəlxalq mühasibat uçotu standartları) üzrə biliklər və sertifikatlar üstünlükdür.
İş rejimi:
-Bazar ertəsi – Cümə, 09:00-dan 18:00-dək;
-Şənbə və bazar qeyri iş günüdür;
Əmək haqqı: Ştat cədvəlinə uyğun olaraq
Qeyd:
-Nəqliyyat şirkət tərəfindən təmin olunur;
-Sınaq müddəti: 3 ay.
Müraciət etmə qaydaları:
Vakant vəzifəyə uyğun olan namizədlər müraciət et bölməsində qeyd edilmiş link vasitəsilə “Azərbaycan Hava Yolları” QSC-nin karyera bölməsinə keçid edərək müraciət edə bilərlər.
CV-nin göndərilməsi üçün link
Vakansiyalar
- 3 saat, 19 dəq
- 3 saat, 21 dəq
- 3 saat, 36 dəq
- 3 saat, 38 dəq
- 3 saat, 52 dəq