Avrora proqram təminatı üzrə mütəxəssis axtarır

Proqramçı


İşəgötürən: Avrora

Vakansiya: Proqram Təminatı üzrə mütəxəssis

Son tarix: 06 iyun 2022

Əsas vəzifə öhdəlikləri:

-Mövcud proqram təminatlarında texniki sorğular üzrə tələblərin icrası və proseslərin optimallaşdırılması;

-Proqram təminatlarının işləməsinə nəzarət edilməsi (bağlantının fasiləsizliyinin);

-Tələbə əsasən proqram təminatı və proqram modullarının tərtibatının həyata keçirilməsi;

-Biznes tələblərinin təhlili və tələblərə uyğun yeni proqram təminatlarının hazırlanması ilə bağlı təkliflərin irəli sürülməsi;

-Proqramlaşdırma yazı qaydaları və stili təlimatında ehtiyac olan dəyişikliklərin təklifinin verilməsi və Rəhbərinin təsdiqi ilə dəyişikliyin həyata keçirilməsi;

-Hesabatların hazırlanması və təhlil edilməsi;

-Proqramların kodlaşması, analiz edilməsi və qeydiyyatının aparılması;

-Mövcud proqramlara dəstəyin verilməsi, ehtiyac yaranarsa düzəlişlərin aparılması;

-Gün ərzində yönələn sorğuların yerinə yetirilməsi;

Tələb olunan bilik və bacarıqlar:

-C#, Java və OOP üzrə biliklər;

-Javascript və ReactJS üzrə biliklər;

-Database MS SQL (T-SQL) üzrə biliklər;

-Alqoritm bilikləri;

-Araşdırmaq və problem həll etmə bacarğı.

Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri:

-Riyaziyyat və ya İnformatika ixtisası üzrə ali təhsil (hər hansı biri);

-Hər hansı bir proqramlaşdırma dilləri üzrə sertificatların olması arzu olunandır;

-İş təcrübəsi : 2 il (Satış və Distribyutor sahəsində);

-Dil bilikləri : Rus və İngilis dili biliyi üstünlükdür;

-Kompüter bilikləri: MS Office proqramlarından sərbəst istifadə bacarığı.

İş şərtlərimiz:

-İş qrafiki : Tam iş günü (5 gün);

-İş saatları: 09:00-18:00;

-İş yeri : Bakı ş., Aşıq Molla Cümə küç, 46C.

Biz nə təklif edirik:

-Əmək bazarında rəqabətli əməkhaqqı;

-İşçilərə qayğı proqramı;

-Peşəkar komanda mühiti;

-Nahar;

-Şirkət hesabına korporativ nömrə;

-Təlim və inkişaf imkanları.

Göstərilən tələblərə cavab verən  namizədlərdən CV-lərini mövzu hissəsinə “Proqram Təminatı üzrə mütəxəssis” yazaraq göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

CV-nin göndərilməsi üçün e-mail: [email protected]

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]