Avromed Company QSC mühasib axtarır

İşəgötürən: Avromed Company QSC
Vakansiya: Mühasib
Son tarix: 04 iyun 2023
Vəzifə və məsuliyyətlər:
-Mühasibat uçotu üzrə ilkin sənədləşmələrin təşkili;
-Daxil olan və xaric olan pul vəsaitlərinin uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini, xərclərini, iş və xidmətlərin yerinə yetirilməsini, maliyyə və kredit əməliyyatlarının uçotunu təşkil edilməsi;
-Kassa, Bank əməliyyatlarının həyata keçirilməsi, qaimə və vergi hesab fakturaların yazılması, qarşılıqlı hesablaşma və üzləşmə aktlarının tərtib edilməsi;
-Debitor və kreditor hesablaşmalarının aparılması;
-Qanunvericilik və mühasibat uçotu qaydaları intizamına ciddi əməl edilməsinin təşkil olunması;
-İnternet-banking üzrə lazımi əməliyyatların və ödənişlərin icra edilməsi.
Tələblər:
-Mühasibatlıq/Maliyyə sahəsində bakalavr dərəcəsi;
-Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi;
-MS Office və 1C 8.3 proqramlarında işləmək bacarığı;
-Online kargüzarlıq və e-qaime portallardan istifadə etmə bacarığı;
-Vergi Məcəlləsi, əmək məcəlləsi, maliyyə və mühasibatlıqla bağlı qanunvericiliyi bilməli;
-Elektron hökümət portalı ilə işləmə qabiliyyəti;
-ACCA sertifikatlarından birinin olması üstünlükdür;
-Dil bilikləri: Azərbaycan dili-mükəmməl, ingilis və rus dili üstünlükdür;
-Analitik düşünmə, müstəqil qərar vermə qabiliyyəti;
-Komandada işləmə, stressə dayanıqlı və problem həll etmə bacarığına malik olmalı;
-Tapşırıqların müəyyən olunmuş vaxtda dəqiq icra olunması.
Maraqlananlar CV-lərini elektron ünvanına göndərə bilərlər. Elektron məktubun mövzu (subject, тема) hissəsində “Mühasib” yazmaq tələb olunur. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
CV-nin göndərilməsi üçün e-mail: [email protected]
Vakansiyalar
- 2 gün, 17 saat, 29 dəq
- 2 gün, 17 saat, 31 dəq
- 2 gün, 17 saat, 33 dəq
- 2 gün, 17 saat, 35 dəq
- 2 gün, 17 saat, 37 dəq