AS Qrup İnvestment MMC anbardar–operator axtarır (zəngilan)

İşəgötürən: AS Qrup İnvestment MMC
Vakansiya: Anbardar–operator (Zəngilan)
Son tarix: 15 sentyabr 2022
İş qrafiki: 09:00–17:00 (13:00–14:00 nahar fasiləsi). Şənbə günləri 09:00–14:00;
İş yeri: Zəngilan rayonu;
Hesabat verir: Baş Anbardara.
Tələblər:
-Ali təhsil (bakalavr)
-Azərbaycan dilini yüksək səviyyədə bilmək;
-1C 8.3, Word və Excel proqramlarını sərbəst istifadə etmək bacarığı;
-Dəqiq, nizam-intizamlı və məsuliyyətli olmaq;
-Analitik təhlil, operativlik və gördüyü işə cavabdehlik;
-Verilən tapşırıqların düzgün yerinə yetirilməsi;
-Ünsiyyət qurma və komandada işləmək bacarığı;
-Problem həll etmək bacarığına malik.
Əsas vəzifə və öhdəliklər:
-Anbarda olan mal və materialların saxlanması rejiminə, sənədləşməsinə və mədaxil-məxaric sənədlərinin təhvil qaydalarına riayət olunmasını təmin etmək və kompüterə daxil etmək;
-Şirkətin ümumi ERP bazasında 1C proqram təminatı vasitəsi ilə anbar qalıqlarının daxil edilməsi və istifadə olunan mal-material siyahının hazırlanması;
-Anbara gündəlik daxil olan malların qəbulu, uçotu və çıxarılması işlərini yerinə yetirmək (anbar əməliyyatlarını 1C ERP bazasına işlənilməsi (anbara daxil olma – anbardan çıxma));
-Yükləri anbara qəbul edərkən, yüklərin faktiki miqdarını, eləcə də məhsulun vəziyyətini yoxlamaq;
-Anbarda olan məhsulların inventarizasiyası, malların sayı və hərəkəti haqqında rəhbərliyə aylıq hesabatın təqdim olunması;
-Anbardakı malların dövriyyəsinin analizi;
-Anbarda keçirilən sayımlarda iştirak etmək.
Biz Sizə hansı iş şəraitini təklif edirik:
-İş rejimi: 6 gün (bazar günü istirahət);
-İşə qəbul əmək qanunvericiliyinə uyğun olaraq həyata keçirilir;
-Əmək məzuniyyəti: qanunvericiliyin tələblərinə əsasən.
-Nahar şirkət tərəfindən təmin edilir;
-Yaşayış yeri şirkət tərəfindən təmin edilir.
CV-zi (yalnız foto ilə) və maaş gözləntinizi [email protected] e-ünvanına göndərə bilərsiniz. Müraciət etdiyiniz vəzifənin adını e-məktubunuzun mövzu hissəsində (Anbardar–operator) qeyd etməyinizi xahiş edirik.
Qeyd: Yalnız tələblərə cavab verən namizədlər müsahibə mərhələsinə dəvət olunacaqlar.
Vakansiyalar
- 1 gün, 22 saat, 34 dəq
- 1 gün, 22 saat, 36 dəq
- 1 gün, 22 saat, 38 dəq
- 1 gün, 22 saat, 41 dəq
- 1 gün, 22 saat, 45 dəq