Anbardar tələb olunur

Anbardar


İşəgötürən – AGE LLC

Vəzifə – Anbardar

Tələblər:

-Sahə üzrə minimum 3 il iş təcrübəsi

-Microsoft Office yaxşı səviyyədə bilmək (Excel və 1C -ni yaxşı səviyyədə bilmək)

İşin təsviri:

-Mütəmadi anbar sayımının həyata keçirilməsi və uçot məlumatları ilə üzləşdirilməsi,

-Uyğunsuzluqların səbəblərinin araşdırılması və aradan qaldırılması və bütün prosesin sənədləşdirilməsi

-Anbarlarda malların təyinatı üzrə bölüşdürülməsi

-Məsuliyyətində olan anbarın təmiz, səliqəli və nizamlı saxlanılmasını təmin etmək;

-Malların anbara səliqəli və müvafiq qaydalara uyğun şəkildə yığılmasını təmin etmək;

Şərtlər: Yaşayış yeri, əlaqə nömrəsi  və gündə 3 dəfə qidalanma şirkət tərəfindən təmin edilir.

Uyğun namizədlər CV-lərini  mövzu hissəsində vakansiyanın adını qeyd etməklə e-mail adresinə [email protected] göndərə bilərlər.

Şirkət haqqında

2007-ci ildən davamlı inkişaf yönümündə fəaliyyət göstərən “AGE” MMC müxtəlif sənaye obyektlərinin, tunellərin, körpülərin, yol inşaat işlərinin, su və kanalizasiya sistemlərinin tikintisi layihələrinin həyata keçirilməsi ilə məşğuldur. Tunel qazma işlərində müasir mikrotunel texnologiyasından istifadəsinə görə yatay qazma sahəsində inkişaf etmiş, geniş təcrübəyə malik Azərbaycanda ilk şirkətlərdəndir. Müştərilərinə, ədalətli və bazar rəqabətli qiymətlər üzərindən ən üstün keyfiyyətli, detallara önəm verən və xidmətə fokuslanmış yanaşmalarıyla infrastruktur tikinti xidmətlərini təklif edir.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]