“Anbardar (Lənkəran)” tələb olunur
Kristal Abşeron şirkətində “Anbardar (Lənkəran)” vakansiyası mövcuddur.
Tələblər:
– Ali təhsil;
– Müvafiq sahə üzrə 2-3 il iş təcrübəsi (tikinti şirkətlərində iş təcrübəsinin olması üstünlük təşkil edəcək),
– Yaxşı səviyyədə kompüter bacarıqları (MS Office proqramları),
– Azərbaycan dilini mükəmməl bilməli, Rus dili arzuolunandır,
– Komandada işləmək bacarığı.
Vəzifə öhdəlikləri:
– Anbar üzrə mövcud mal və materialların təhlükəsizlik və bütövlük təminatını nəzarətdə saxlamaq;
– Mədaxil-məxaric sənədlərinin dövriyyəsini, mal- material təhvili qaydaları üzrə sənədləşmə prosesinə riayət olunması təmin etmək;
– Anbar sahələrindən səmərəli istifadə, materialların axtarılmasının asanlaşdırılması və tezləşdirilməsi nəzərə alınmaqla anbarda malların qəbulu, yerləşdirilməsi və buraxılması işlərini idarə etmək.
– Anbarda mal və materialların müvafiq sistem və ardıcıllıqla və səliqə ilə yığılması və yerləşdirilməsini təmin etmək;
– Mal-material dövriyyəsinin yalnız təsdiq edilmiş sənədlər əsasında həyata keçirilməsini təmin etmək;
– Mühasibatlıq tərəfindən təyin edilən dövriyyə hesabatları üçün müvafiq məlumatı mütəmadi olaraq təmin etmək;
– Anbarda mövcud bütün mal-materialların üzərində mühasibatlıq tərəfindən təyin edilmiş kodların olmasını təmin etmək;
– Anbarda sahənin vəziyyətinə, avadanlığın və inventarın vaxtlı təmirinə nəzarət etmək;
– Əmək təhlükəsizliyi və sağlamlığın mühafizəsi, istehsalat sanitariyası və yanğından mühafizə qaydalarına riayət etməklə Anbarda yükləmə-boşaltma işlərini təşkil etmək;
– Mal və materialın inventarizasiyasına təlimatlara uyğun hazırlaşmaq, təşkil etmək və iştirak etmək;
– Köhnəlmiş, zərər görmüş, xarab olmuş mal – materialları təyin etmək və onlar barədə müvafiq izahatı mühasibatlığa təqdim etmək;
– Anbar əməliyyatlarının uçot və hesabatlarının aparılmasına nəzarət etmək;
– Anbarın işçilərinə rəhbərlik etmək və işçilərinin işlədikləri vaxtın tabel uçotunu aparmaq;
– Anbar işinin şirkətdaxili təlimat və qaydalara uyğun olaraq idarəedilməsini həyata keçirmək.
İş şəraiti:
– 6 günlük iş qrafiki;
– İş yeri: Lənkəran;
– Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin ediləcəkdir.
Əlaqə:
Vakansiya ilə bağlı müraciət üçün CV formasını e-mail vasitəsilə mövzu yerinə “Anbardar (Lənkəran)” yazmaqla ”[email protected]’‘ elektron ünvanına göndərməyiniz xahiş olunur. Yalnız vakansiya tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.
Vakansiyalar
-
1 gün, 3 saat, 29 dəq
Sign Up Benefits at Online Gambling Establishments: A Comprehensive Overview
- 1 gün, 4 saat, 3 dəq
- 1 gün, 22 saat, 9 dəq
- 3 gün, 9 saat, 8 dəq
- 4 gün, 15 saat, 5 dəq