Anbardar (ehtiyat hissələri anbarı) tələb olunur

Anbardar


İş elanını dərc edən – Grand Motors Company

Vakansiya – Anbardar (ehtiyat hissələri anbarı)

Namizədə olan tələblər:

-Təcrübə: Anbardar kimi minimum 3 il iş təcrübəsi (ehtiyat hissələri sahəsində təcrübə üstünlükdür);

-MS Excel-lə işləmə bacarığı (Min-Max, SUM, SUMIFS, COUNTIFS, VLOOKUP, LOOKUP və s. Riyazi və məntiqi funksiyalardan istifadə bacarığı);

-1C, Logo və ya digər proqramlarda anbar modulları üzrə işləmə təcrübəsi: 

-Avtomatlaşdırılmış anbarlarda iş təcrübəsinə sahib olması arzu olunandır  (hər hansı WMS proqramları ola bilər);

-Riyazi məntiq və analitik düşüncə qabiliyyəti;

-Komanda ilə işləmək və idarə etmək bacarığı.

Vəzifə öhdəlikləri:

-Anbara daxil olan malların (ehtiyat hissələrinin) qəbulunu, yerləşdirilməsini, həmçinin anbarda məxaric olacaq sifarişlərin toplanması və yüklənməsini təşkil etmək;

-Malların mədaxili, məxarici və transferi üzrə uçotunun və sənədləşdirilməsinin düzgün aparılmasını təmin etmək;

-Verilən anbar sahələrindən səmərəli istifadəni təmin etmək;

-Funksiya daxili dövri, daimi və selektiv inventarizasiya proseslərini təşkil etmək, həmçinin Daxili Nəzarət tərəfindən təşkil olunan inventarizasiya proseslərində iştirak etmək.

İş şərtlərimiz:

-Əmək haqqı: 1200 -1500 AZN;

-İş rejimi: 6 günlük;

-İş yeri: Binəqədi ray., Mədən küçəsi 4 (Baş Dövlət Yol Polisi İdarəsinin yaxınlığı, “Neptun” marketlə üzbəüz);

-Servis xidməti.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Anbardar” yazaraq e-mail adresinə [email protected] göndərmələri xahiş olunur. 

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]