“Anbar Şöbə Müdiri” tələb olunur- 3000 MANATADƏK MAAŞ

Anbardar


İş elanını dərc edən –  ATS Food

Vakansiya- “Anbar Şöbə Müdiri” 
İş məkanı: Sumqayıt
 
Tələblər:
-Təhsil səviyyəsi: Ali təhsil (iqtisadiyyat, logistika istiqaməti üzrə)
-İş təcrübəsi: Anbar sahəsinin idarə edilməsi üzrə 3 il
-Dil bilikləri: Azərbaycan (əla), Rus (əla), İngilis (orta)
-Kompüter bilikləri: MS Office proqramları üzrə biliklər
 
Vəzifədən gözləntilər: 
1. Anbar qalıqlarının kontrol edilməsi, yaranan problemlər barəsində nəticə çıxarılması və lazımi tədbirlərin görülməsi;
2. Anbara mədaxil və məxaric olunan məhsullara nəzarət edilməsi;
3. Çatdırmacıların depo qalıqlarının kontrol edilməsi, yaranan problemlər barəsində tədbirlərin görülməsi və birbaşa rəhbərin məlumatlandırılması;
4. Depolarda təhlükəsizlik texnikası, yanğından mühafizə və təhlükəsizlik qaydalarına əməl etmək, yükləmə-boşaltma işlərinin aparılması, mühafizə olunması və vaxtında tədarükçüyə çatdırmanın təşkil edilməsi;
5. Depolara məxsus avadanlıqların inventarlaşmasının aparılmasında iştirak etmək;
6. Xidmət sahəsində yük daşınmaları, yükün anbara qəbulu və buraxılmasını təlimatlandırma prosesinə nəzarət etmək;                        
7. Müvafiq texnologiyaya əsasən, təhlükəsizlik texnikasının tələblərinə uyğun anbarın bütün sahələrində yükləmə-boşaltma işlərinin vaxtında aparılmasında operativ idarəetmə nəzarətini həyata keçirmək;
8. Xüsusi texnika və tərtibatların icazəsiz işlədilməsinin, zədələnməsinin qarşısının alınması üçün operativ tədbirlər görmək;
9. Depo sahəsindən səmərəli istifadə etmək şərti ilə saxlanılan məhsulların düzgün yerləşdirilməsinə nəzarət olunması;
10. Rəsmiləşdirmə qaydalarına və mədaxil-məxaric sənədlərinin təhvilinə riayət edilməsi, müəyyən olunmuş hesabatların tərtib edilməsi;
11. Depolara qəbul edilən məhsulların çeşid və miqdarları ilə bağlı müdriyyətə məlumat verilməsi, anbardaxili düzgün çeşidlənməsi ilə bağlı tədbir görülməsi;
12. Məhsulların son istifadə tarixinə (SİT) nəzarət etmək, SİT bitməsinə müəyyən vaxt qalmış məhsulların siyahısını təşkil edib aidiyyəti qurumları mütəmadi olaraq məlumatlandırmaq.
 
Vəzifə üzrə səriştələr:
– Məsuliyyətlilik və sahiblənmə
– Keyfiyyətlilik və effektivlik
– Müştəri xidməti yönümlülük
– Münaqişənin idarəedilməsi
– Problemləri həll etmə
– Planlama və Təşkilatçılıq
– Hesabatvermə
– Risklərin idarəedilməsi
– Vaxtın idarə edilməsi
– Nəticə yönümlülük
 
İş Şərtləri
Əmək haqqı: 2500-3000 AZN
İş rejimi: 5 gün (həftəiçi)
Servis: Var
Yemək: Var
 
Maraqlananların emaildə “Anbar Şöbə Müdiri” yazaraq cv-lərini [email protected]  ünvanına göndərməyi xahiş olunur.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]