AMO Group baş mühasib axtarır

Mühasib

muhasib6


İşəgötürən: AMO Group

Vakansiya: Baş mühasib

Son tarix: 05 iyun 2022

Vəzifə öhdəlikləri:

-Mühasibat uçotunun aparılması qaydalarını rəhbər tutaraq mühasibat uçotunun aparılmasını təşkil etmək

-Əsas vəsaitlərin, maddi-əmtəə sərvətlərin və pul vəsaitlərin hərəkəti ilə bağlı əməliyyatların mühasibat  uşotu hesablarında vaxtında əks etdirilməsini təmin etmək

-Qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunun aparılmasına nəzarət etmək

-Vergi orqanlarına qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vergi hesabatının təqdim edilməsini təmin etmək

-Qanunvericiliklə müəyyən edilmiş müddətdə mühasibat sənədlərinin və vergilərin hesablanması və ödənilməsi üçün zəruri olan digər sənədlərin, habelə alınan gəliri, çəkilən xərcləri və ödənilən (tutulan) vergiləri təsdiq edən sənədlərin saxlanılmasına nəzarət etmək

-Maddi, əmək, maliyyə vəsaitlərin qənaətli istifadəsinə və Təşkilatın əmlakının qorunmasına nəzarət etmək

-Proqram üzrə mühasibat yazılışlarının verilməsi 

-Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək

-Təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesablarında (həmçinin mühasibat uçotu registrlərində) düzgün əks etdirilməsi, ona nəzarət, operativ məlumatların təqdim edilməsi, mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim edilməsi, digər bölmə və xidmət sahələri ilə birlikdə təsərrüfatdaxili ehtiyatların aşkara çıxarılması və səfərbər edilməsi məqsədilə mühasibat uçotu və hesabatının məlumatları üzrə Təşkilatın maliyyə-təsərrüfat fəaliyyətinin iqtisadi təhlilinin həyata keçirilməsi, inventarizasiyanın aparılmasını təşkil etmək

Tələblər:

-Ali təhsil /Maliyyə, İqtisadiyyat , Mühasibat uçotu/

-Azərbaycan , rus dilləri yüksək səviyyədə olmalı  (ingilis dili arzu olunandir)

-Yüksək səviyyədə idarəetmə  və komandada işləmək bacarığı

-Güclü analiz qabiiyyətinə malik olmalı

-Maliyyəni yüksək səviyyədə bilməli

-MS Office (MS Excel, MS Word, MS Outlook, 1C)  proqramlarından sərbəst istifadə qabiliyyəti

-Müvafiq  sahədə iş təcrübəsi minimum 5 il

-İntizamlı və işinə qarşı məsuliyyətli olmalı;

-Təşkilati bacarıqları, ünsiyyətcil və danışıq aparmaq bacarığı;

Əmək haqqı: Müsahibə əsasında müəyyən olunacaq, namizədin bilik və bacariqlarindan asılı  olacaq. 

Maraqlnan namizədlər CV-lərini [email protected] e-mail ünvanına mövzu hissəsinə “Baş mühasib” qeyd edərək göndərə bilər.


©️ 2022

070 231 45 70

[email protected]