ALCO MMC mühasib axtarır

Mühasib

muhasib


İşəgötürən: ALCO MMC

Vakansiya: Mühasib

Son tarix: 06 avqust 2022

Tələblər:

-Ali maliyyə bakalavr təhsili (magistr təhsili arzu olunandır)

-Mühasibat və maliyyə sahəsində iş təcrübəsi;

-Əla səviyyədə Azərbaycan dili, Rus dili, İngilis dili biliyi;

-Azərbaycan Respublikası mülki, əmək, vergi, gömrük qanunvericiliyi üzrə biliklər;

-MS Office (Word, Excel) proqramında sərbəst işləmək bacarığı;

-Analitik təhlil etmə qabiliyyəti;

-İşə yaradıcı və təşəbbüskar yanaşma.

Vəzifə funksiyaları:

-Bütün mühasibatlıq əməliyyatları və uçotunun 1C proqramında səlist və peşakar şəkildə işləmək;

-Mühasib iş planının, ilkin uçot sənədlərinin formalarının hazırlanması və tətbiqində, daxili muhasibat hesabatı sənədlərinin formalarının işlənib hazırlanmasında iştirak etmək;

-Müəssisə tərəfindən həyata kecirilən butun təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesabında (həmçinin mühasibat uçotu registrlərində) düzgün əks etdirilməsində iştirak etmək, məlumatları təqdim etmək;

-Daxil olan pul vəsaitlərinin, mal-material qiymətlilərinin və əsas vəsaitlərin uçotunun aparılmasında, mühasibat uçotu hesablarında onların hərəkətinin, istehsal dövriyyəsinin və xərclərinin, xərclər smetasının hazırlanmasında, iş və xidmətlərin yerinə yetirilməsində iştirak etmək;

-Çatışmazlıqların, pul vəsaitlərinin və mal-material qiymətlilərinin qanunsuz istifadə olunmasının, maliyyə və təsərrüfat qanunvericiliyinin pozulmasının qarşısının alınması üzrə oz səlahiyyətləri çərcivəsində tədbirlər gormək;

-Maliyyə hesabat və kredit əməliyyatlarının, müəssisənin təsərrüfatmaliyyə fəaliyyətinin yekunları uzrə əməliyyatların uçotunu aparmaq;

-Məhsulun, iş və xidmətlərin maya dəyəri hesabatının iqtisadi cəhətdən əsaslandırılmış tərtibi, əmək haqqının ödənilməsi hesabları, dövlət büdcəsinə ödəmələr, dövlət sosial sığorta haqqı, kapital qoyuluşu vəsaitləri, banklara ssudalar üzrə borcların qoyulan vaxt ərzində verilməsi və digər ehtiyat fondlarına ayırmalar üzrə sənədləri hazırlamaq;

-Pul vəsaitləri və mal-material qiymətlilərinin çatışmazlıqları və mənimsənilməsi haqqında sənədlər tərtib etmək;

-Mühasibatlıq sənədlərinin saxlanılması, rəsmiləşdirilməsi və muəyyən olunmuş qaydada onların arxivə təhvil verilməsi işlərini aparmaq.

İş yeri: Bakı, İçərişəhər, Vəli Məmmədov, 3 (Polşa Səfirliyinin yanı)

Əmək haqqı: müsahibə əsasında təyin olunacaq

CV-ləri [email protected] mail ünvanında göndərməyiniz xahiş olunur.

Tel: 0125056810 / 0125056811


©️ 2022

070 231 45 70

[email protected]