AGA Group baş mühasib axtarır

Mühasib


İşəgötürən: AGA Group

Vakansiya: Baş mühasib

Son tarix: 29 avqust 2022

Vəzifə haqqında məlumat:

Struktur bölmə: Maliyyə departamenti
Əmək haqqı: razılaşma yolu ilə
İş rejimi: 5 gün, 09:00-18:00
İş yeri: Kaspian Plaza
Son müraciət tarixi: 28.08.2022

Vəzifə öhdəlikləri:

-Baş verən əməliyyatların 1C mühasibat proqramında əks olunması;

-Mühasibat, vergi uçotu və DSMF ilə bağlı əməliyyatlar aparılması;

-Vergi, DSMF və statistika hesabatlarının hazırlanması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara təqdim olunması;

-Vergi hesabatlarının (Mənfəət,ÖMV,ƏDV,Əmlak,DSMF və s.) təqdim edilməsi;

-Əmək haqqının, məzuniyyət və xəstəlik vərəqəsi üzrə ödənişlərin hesablanması;

-İnternet bankinq vasitəsilə bank, kredit, ödəniş tapşırıqları, maliyyə sənədləri və əmək haqqı kartlarının müraciət edilməsi

-Vergi orqanlarından daxil olan məktubların nəzarətdə saxlanılması və müvafiq yazışmaların aparılması.

-Dövlət qurumlarına hesabatların təqdim edilməsi və yazışmalar;

-E-qaimələrin təqdim edilməsi, gələn qaimələrin yoxlanılması və nəzarət olunması;

-Statistika hesabatlarının hazırlanması və təqdim edilməsi;

-Qanunvericiliklə müəyyən edilmiş müddətdə mühasibat sənədlərinin və vergilərin hesablanması və ödənilməsi üçün zəruri olan digər sənədlərin, habelə alınan gəliri, çəkilən xərcləri və vergi ödənişlərini (tutulmalar) təsdiq edən sənədlərin saxlanılmasını təmin etmək;

Vəzifə tələbləri:

-Təhsili/ixtisası: Müvafiq istiqamət üzrə Ali təhsil

-İş təcrübəsi: Baş mühasib kimi ən azı 5 il  (şərtdir)

-Sertifikat/vəsiqə/lisenziya: ACCA F3 sertifikatı üstünlükdür, 

-Xüsusi tələblər:  Mühasibatlıqla bağlı yerli qanunvericilik və vergi məcəlləsi üzrə mükəmməl biliklər, Əmək məcəlləsi və mülki məcəllə üzrə ümumi biliklər, Əla səviyyədə Azərbaycan dili, orta səviyyədə Rus və İngilis dili biliyi;

-Vergi hesabatlarının (Mənfəət,ÖMV,ƏDV,Əmlak,DSMF və s.) sərbəst təqdim edilməsi;

-Kompüter bilikləri: MS Excel, BTP və 1C mühasibatlıq proqramından yüksək səviyyədə istifadə bacarıqları;

Digər məlumatlar: Ünvan: Caspian Plaza, C.Cabbarlı 44, Bakı, AZ1065

Vakansiya üçün müraciət qaydası: Müraciət etmək istəyən namizədlər mövzu hissəsində vəzifənin adını qeyd etməklə CV-lərini [email protected] e-mail ünvanına göndərməlidirlər.

Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]