“Abşeron Taxıl” anbardar axtarır

Anbardar


İşəgötürən – Abşeron Taxıl MMC

Vəzifə – Anbardar

-Əsas vəzifə öhdəlikləri:

-Ölkə daxilindən və xaricdən alınmış mal-materialları anbara qəbul edir, düzgün və təhlükəsiz şəkildə yerləşdirilməsinə nəzarət edir

-Daxil olmuş tələb əsasında lazım olan mal və materialları sifarişçiyə verir

-Proqram vasitəsilə bölmələrə lazım olan mal-materialların anbar giriş və çıxışını edir,

-Anbarın faktiki mal qalığını sistem ilə kontrol edir

-Lazımi sənədləşmələri həyata keçirir, sənədləri arxivləşdirir

-Anbara gələn, istifadə olunmuş mal və materiallar haqqında hesabat verir

-Anbar ərazisinin və malların təmizliyinə, eyni zamanda mallar üzərinə kodların yapışdırılmasına nəzarət edir

-Xüsusi saxlanma şəraiti tələb edən mallar üçün lazımi şəraitin yaradılması və malların düzgün şəkildə saxlanmasına nəzarət edir

-Mütəmadi hesabatların hazırlanıb, rəhbərliyə təqdim edilməsi

-Rəhbərlik tərəfindən verilən digər tapşırıqların yerinə yetirilməsi

Vəzifə üzrə səriştələr:

-Anbar təsərüfatının iş prinsipini bilmək.

-Anbarda istifadə olunan avadanlıqlarla işləmək bacarığı.

-Anbardakı məhsulların kefiyyətinin qoruyub saxlanmasını təmin etmək

-Hesabatlılıq

-Komandada işləmə bacarığı

-Operativlik

-Stresə davamlılıq, səbrlilik

-Problemləri həll etmə

İş Şərtləri:

-Əmək haqqı: Razılaşmaya uyğun olaraq

-İş rejimi: 6 günlük 

-İş yeri: Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Şamaxı şossesi 129

-Əlavə üstünlüklər: Nahar, servis (Bakı və Sumqayıt şəhərindən) 

Tələblər:

-Təhsil səviyyəsi: Ali təhsil 

-İş təcrübəsi: Müvafiq sahə üzrə 6 ay

-Dil bilikləri: Rus dili (orta)

-Kompüter bilikləri: 1 C və MS Office programları üzrə biliklər  

-Təlim və kurslar: Sertifikatların olması əlavə üstünlükdür

Maraqlanan şəxslərdən CV-lərini “Anbardar” başlığı ilə e-mail adresinə [email protected] göndərmələri xahiş olunur.

Elanın bitmə tarixi – 14.11.2022

Şirkət haqqında

“Abşeron Taxıl” MMC 2011-ci ildən müasir texnologiyalarla təchiz edilərək fəaliyyətə başlamışdır. MMC-nin nəzdində hər biri 6000 ton taxıl tutumu olan 10 ədəd elevator (cəmi 60.000 ton), yüksək keyfiyyətli məhsul istehsalı üçün “Uğur Makina” Türkiyə şirkətinin istehsalı olan avadanlıqlarla təchiz edilmiş və optimal səmərəliliyi təmin edən, gün ərzində 1000 ton istehsal gücü ilə çalışan dəyirman, 3500 ton istehsal məhsullarının saxlanılması üçün əlverişli şəraitli saxlama anbarı mövcuddur.

“Abşeron Taxıl” MMC Rusiya və Qazaxıstanın taxıl istehsalı ilə məşğul olan təsərrüfatları ilə əlaqələr yaratmışdır. Müəssisəmiz həm yerli istehsaldan, həm də xaricdən yüksək keyfiyyətli taxıl tədarük edərək, onun emalı, un məhsullarının istehsalını və satışını həyata keçirir.

Dəyirmanda həyata keçirilən bütün əməliyyatlar, taxılın təmizlənməsi, üyüdülməsi və qablaşdırılması Proqramlaşdırıla bilən Məntiqi nəzarət qurğusu (PLC) tərəfindən idarə olunur. Taxılın qəbul edilməsindən tutmuş, hazır məhsulun tamamlanmasına kimi istehsal prosesinin hər bir elementinə birbaşa operatorun otağından nəzarət edilir. Hazır məhsullar- əla, birinci və ikinci növ yüksək keyfiyyətli un, kəpək və yarma gigiyena qaydalarına əməl edilməklə və əmək tələbləri minimallaşdırılmaqla avtomatik şəkildə qablaşdırılır.

Şirkət idarəçilik prinsipləri, müştəri məmnuniyyəti, keyfiyyət təminatı, sosial məsuliyyət layihələri və ətraf mühiti qoruma prinsipləri ilə xalqımıza xidmət etməkdədir.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]