ABB ASC pərakəndə seqment sahəsində məhsul sahibi axtarır

Digər


İşəgötürən: ABB ASC

Vakansiya: Pərakəndə Seqment Sahəsində Məhsul Sahibi

Son tarix: 18 sentyabr 2022

ABB komandasına qoşulun və bu üstünlüklərdən Siz də faydalanın:

-Cənubi Qafqazın ən böyük bankında işləmək imkanı;

-Beynəlxalq standartları yerli bazara gətirən qurumda potensialı reallaşdırmaq şansı;

-Rəqəmsal həllərin, innovasiyaların tətbiqi sahəsində bazar liderinin əməkdaşı olmaq fürsəti;

-Peşəkar kollektivdə çalışmaq imkanı;

-Yüksək komanda ruhunda əməkdaşlıq;

-Karyera irəliləyişlərində hamıya yaradılan bərabər imkanlar;

-Bankda həyata keçirilən transformasiya prosesində zəngin təcrübənin qazanılması; 

-Əməkdaşların yeni trendlərə uyğun təşkil olunan daxili və xarici təlimlərdə iştirak;  

-Əməkdaşların beynəlxalq sertifikatlar əldə etməsi üçün həvəsləndirmə proqramı;

-Bankdaxili aktiv sosial həyat; 

Görəcəyiniz işlər:

-Sahibliyi həyata keçirilən məhsulun uğurlu olması üçün vizyonun formalaşdırılması;

-Formalaşdırılmış vizyon əsasında sahibliyi həyata keçirilən məhsul üzrə yol xəritəsinin hazırlanması;

-Maraqlı tərəflərlə əlaqə yaratmaq və bu əlaqələri davam etdirməklə onlara vizyon, strategiya, ideyalar və gedişatla bağlı dolğun məlumatların kommunikasiya edilməsi;

-Öz istiqaməti üzrə müştərilərin məhsul və xidmət ehtiyaclarının müəyyən olunması; 

-Müştəri davranışlarının araşdırılması, təhlili və onların müvafiq seqment və alt-seqmentlərə bölünməsi;

-Bankın mövcud və planlaşdırılan məhsul və xidmətləri üzrə hədəfyönümlü satış, çarpaz satış, əlavə satış (upsell) və uyğun kampaniya yanaşmalarının hazırlanması;

-Müştərilərin bankın mövcud və planlaşdırılan satış kanalları ilə təmas nöqtələrinin,  səyahətlərinin (journey) təhlil edilməsi və doğru müştəri-məhsul-kampaniya-kanal münasibətlərinin dizayn edilməsi; 

-Müştərilərin geridönüşlərinin mütəmadi qaydada təhlil edilməsi və ehtiyac duyulduğunda məhsul, xidmət, satış kanalı və kampaniya səviyyəsində yenilənmələrin edilməsi üzrə təşəbbüslərin irəli sürülməsi;

-Ehtiyac olduqda bankın digər struktur bölmələri ilə əməkdaşlığın qurulması;

-CRM platforması və ya digər proqram təminatlarında sahibliyi həyata keçirilən məhsulun performansına müsbət təsir edəcək hər hansı yenilənmə işlərinin planlaşdırılması və sonrakı icra prosesinin idarəedilməsi;

-Sahibliyi həyata keçirilən məhsulla bağlı yerinə yetirilməmiş işlərin siyahısının tərtib edilməsi, yenilənməsi və prioritetləşdirilməsi;

-Hər bir tapşırıq ilə bağlı qəbul meyarlarının müəyyən olunması; 

-Qəbul testlərinin tərtib edilməsi;

-Tələblərin açıq şəkildə komandaya izah edilməsi;

-Tapşırıqların planlaşdırılması ilə bağlı iclasda iştirak edilməsi;

-Sahibliyi həyata keçirilən məhsulla bağlı gedişatın izlənməsi və qiymətləndirilməsi.

Bizim üçün uyğun namizəd:

-Bank işi və digər müvafiq layihə işi üzrə minimum 2 il təcrübəyə və ya bank işi barədə dərin biliklərə;

-Tələblərin toplanması, məlumatların analizi və istifadəsi sahəsində təcrübəyə;

-“Agile” metodologiyaları üzrə təcrübəyə (arzuolunandır);

-Danışıqlar aparmaq və liderlik üzrə güclü bacarıqlara;

-Komandada və fərdi şəkildə işləmək bacarığına;

-Güclü təhlil və riyazi bacarıqlara;

-Strateji və taktiki düşüncə qabiliyyətinə;

-İşə yüksək enerji və həvəslə yanaşmaq, ətrafındakı insanlara təsir göstərmək qabiliyyətinə;

-Komandada səmimiyyət formalaşdıraraq rahat və effektiv iş mühiti yaratmaq qabiliyyətinə sahibdir.

Əgər axtardığımız namizəd sizsinizsə portalda qeydiyyatdan keçərək vakansiya üzrə müraciət edə bilərsiniz.

Nəzərinizə çatdırmaq istərdik ki, müsahibələrə yalnız göstərilən kriteriyalara cavab verən şəxslər cəlb ediləcək.

CV-nin göndərilməsi üçün link

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]