ABB ASC məhsul sahibi/aparıcı məhsul sahibi/baş məhsul sahibi axtarır (Product Owner)

Digər


İşəgötürən: ABB ASC

Vakansiya: Məhsul sahibi/Aparıcı Məhsul Sahibi/Baş Məhsul Sahibi (Product Owner)

Son tarix: 25 sentyabr 2022

ABB komandasına qoşulun və bu üstünlüklərdən Siz də faydalanın:

-Cənubi Qafqazın ən böyük bankında işləmək imkanı;

-Beynəlxalq standartları yerli bazara gətirən qurumda potensialı reallaşdırmaq şansı;

-Rəqəmsal həllərin, innovasiyaların tətbiqi sahəsində bazar liderinin əməkdaşı olmaq fürsəti;

-Peşəkar kollektivdə çalışmaq imkanı;

-Yüksək komanda ruhunda əməkdaşlıq;

-Karyera irəliləyişlərində hamıya yaradılan bərabər imkanlar;

-Bankda həyata keçirilən transformasiya prosesində zəngin təcrübənin qazanılması; 

-Əməkdaşların yeni trendlərə uyğun təşkil olunan daxili və xarici təlimlərdə iştirak;  

-Əməkdaşların beynəlxalq sertifikatlar əldə etməsi üçün həvəsləndirmə proqramı;

-Bankdaxili aktiv sosial həyat; 

Görəcəyiniz işlər:

-Məhsulların ümumilikdə uğur qazanması üçün prosesə rəhbərlik etmək;

-İstifadəçilərin tələblərini öyrənmək, müşahidə etmək, araşdırmaq, təhlil etmək;

-Məhsul ilə bağlı tələbləri və əngəlləri aşkarlamaq üçün bir neçə komanda ilə əməkdaşlıq etmək;

-İstifadəçi məmnuniyyətini artırmaq üçün faydalılıq barədə araşdırma və tədqiqatları məhsulla bağlı tələblərə daxil etmək;

-Tələblər və yekun materialları proqramçılarla müzakirə etmək və tələbləri açıq şəkildə komandaya izah etmək;

-Məhsullarla bağlı yerinə yetirilməmiş işlərin siyahısını tərtib etmək, yeniləmək və prioritetləşdirmək;

-Hər bir tapşırıq ilə bağlı qəbul meyarlarını müəyyən etmək; 

-Maraqlı tərəflərlə birlikdə məhsulun satışa buraxılmasının planlaşdırılması prosesini sürətləndirmək;

-Tapşırıqların planlaşdırılması ilə bağlı iclasda iştirak etmək;

-Məhsullarla bağlı gedişatı izləmək və qiymətləndirmək;

-Məhsulun hazırlanma prosesində hərtərəfli şəkildə istiqamət verməklə proqramçı və dizayner komandalarını idarə etmək;

Bizim üçün uyğun namizəd:

-Bank işi vəya digər müvafiq layihə işi üzrə minimum 2 il təcrübə və biliklərə;

-Tələblərin toplanması, rəqəmsal marketinq, məlumatların analizi və ya web proqram təminatı sahəsində təcrübəyə;

-WEB məhsulları sahəsində təcrübəyə;

-WEB üzrə UI / UX baza biliklərinə;

-“Agile” metodologiyaları üzrə təcrübəyə (arzuolunandır);

-Danışıqlar aparmaq və liderlik üzrə güclü bacarıqlara;

-Komandada və fərdi şəkildə işləmək bacarığına;

-Strateji və taktiki düşüncə qabiliyyətinə;

-İşə yüksək enerji və həvəslə yanaşmaq, ətrafındakı insanlara təsir göstərmək qabiliyyətinə;

-Komandada səmimiyyət formalaşdıraraq rahat və effektiv iş mühiti yaratmaq qabiliyyətinə sahibdir.

Üstünlük verilən kriteriyalar:

-Kart məhsulları və onların yerli bazarda elektron həllərə inteqrasiyası barəsində məlumatlı olmaq; 

-Beynəlxalq ödəniş sistemləri olan kart şirkətlərinin (Visa, Mastercard və s.) bazarda tətbiq etdiyi innovativ həllərlə tanış olmaq;

-Rəqəmsal marketinq, UI / UX inkişaf etdirilməsi üzrə təcrübəy’ sahib olmaq;

-Yerli şirkətlərin bazara təqdim etdikləri məhsullar barəsində detallı məlumatlara sahib olmaq;

-Kart məhsullarında tətbiq edilən texniki həllər (NFC, ApplePay, Google Pay və s.) barəsində baza biliklərə sahib olmaq;

-Təqdimatların və hesabatların hazırlanması sahəsində (Power Point, Excel) baza anlayışlara sahib olmaq.

Əgər axtardığımız namizəd sizsinizsə portalında qeydiyyatdan keçərək vakansiya üzrə müraciət edə bilərsiniz.

Nəzərinizə çatdırmaq istərdik ki, müsahibələrə yalnız göstərilən kriteriyalara cavab verən şəxslər cəlb ediləcək.

CV-nin göndərilməsi üçün link

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]