ABB ASC front-end üzrə proqramçı axtarır (Rəqəmsal İnnovasiyaların tətbiqi)

Proqramçı

proqramci 2


İşəgötürən: ABB ASC

Vakansiya: Front-end üzrə proqramçı (Rəqəmsal İnnovasiyaların tətbiqi)

Son tarix: 04 avqust 2022

ABB komandasına qoşulun və bu üstünlüklərdən Siz də faydalanın:

-Cənubi Qafqazın ən böyük bankında işləmək imkanı;

-Beynəlxalq standartları yerli bazara gətirən qurumda potensialı reallaşdırmaq şansı;

-Rəqəmsal həllərin, innovasiyaların tətbiqi sahəsində bazar liderinin əməkdaşı olmaq fürsəti;

-Gənc və peşəkar kollektivdə çalışmaq imkanı 

-Yüksək komanda ruhunda əməkdaşlıq;

-Karyera irəliləyişlərində hamıya yaradılan bərabər imkanlar;

-Bankda həyata keçirilən transformasiya prosesində zəngin təcrübənin qazanılması; 

-Əməkdaşların yeni trendlərə uyğun təşkil olunan daxili və xarici təlimlərdə iştirak;  

-Əməkdaşların beynəlxalq sertifikatlar əldə etməsi üçün həvəsləndirmə proqramı;

-Bankdaxili aktiv sosial həyat.

Görəcəyiniz işlər:

-Müasir texnologiyalar və ən yaxşı təcrübəyə əsaslanaraq funksional veb tətbiqləri hazırlamaq;

-Tətbiqlərin vizual və funksional tələblərini kod səviyyəsində UI/UX dizaynının texniki əsaslandırılmasını tətbiq edərək icra etmək;

-Risklərin və səmərəsiz fikirlərin həll yollarını aradan qaldırmaq üçün idea və fikirləri təhlil etmək;

-Back-end proqramçı ilə sıx əməkdaşlıq etmək və APİ – lərdən istifadə etmək;

-Veb tətbiqlərdən geniş miqyasda istifadə etmək və daha surətli işləməsi üçün kodu optimallaşdırmaq.

Bizim üçün uyğun namizəd:

-Ali təhsilə;

-Minimum bir il iş təcrübəsinə;

-Git, Githab, Gitlab üzrə iş təcrübəsinə;

-JavaScript/HTML/CSS , SASS/LESS təcrübəsinə;

-Minimum 2 illik React.js/Next.js təcrübəsinə;

-Webpack,Rollup modul paketlləri ilə bağlı təcrbüəyə (üstünlükdür);

-Typescript təcrübəsinə (üstünlükdür);

-Dizayn proqramları (Figma, Sketch) üzrə iş təcrübəsinə;

-Müasir veb proqramlaşdırma arxitekturası və “design pattern” üzrə dərin biliklərə;

-Obyektyönümlü proqramlaşdırma üzrə dərin biliklərə;

-Agile Scrum Metodologiyası ilə bağlı dərin biliklərə sahib olan şəxsdir.

Əgər axtardığımız namizəd sizsinizsə portalda qeydiyyatdan keçərək vakansiya üzrə müraciət edə bilərsiniz.

Nəzərinizə çatdırmaq istərdik ki, müsahibələrə yalnız göstərilən kriteriyalara cavab verən şəxslər cəlb ediləcək.

CV-nin göndərilməsi üçün link


©️ 2022

070 231 45 70

[email protected]