ABB ASC back-end üzrə proqramçı axtarır

Proqramçı


İşəgötürən: ABB ASC

Vakansiya: Back-end üzrə proqramçı

Son tarix: 18 sentyabr 2022

ABB komandasına qoşulun və bu üstünlüklərdən Siz də faydalanın:

-Cənubi Qafqazın ən böyük bankında işləmək imkanı;

-Beynəlxalq standartları yerli bazara gətirən qurumda potensialı reallaşdırmaq şansı;

-Rəqəmsal həllərin, innovasiyaların tətbiqi sahəsində bazar liderinin əməkdaşı olmaq fürsəti;

-Gənc və peşəkar kollektivdə çalışmaq imkanı 

-Yüksək komanda ruhunda əməkdaşlıq;

-Karyera irəliləyişlərində hamıya yaradılan bərabər imkanlar;

-Bankda həyata keçirilən transformasiya prosesində zəngin təcrübənin qazanılması; 

-Əməkdaşların yeni trendlərə uyğun təşkil olunan daxili və xarici təlimlərdə iştirak;  

-Əməkdaşların beynəlxalq sertifikatlar əldə etməsi üçün həvəsləndirmə proqramı;

-Bankdaxili aktiv sosial həyat.

Görəcəyiniz işlər:

-Yeni texnologiyaların araşdırılması və tətbiq olunması;

-Məhsulun biznes məntiqinin və back-end sisteminin dizayn olunması və proqramlaşdırılması;

-Front-end proqramçısı ilə sıx əməkdaşlıq edərək funksional, effektli və tam tələblərə cavab verən APİ-ların hazırlanması;

-Mənbə kodlarını analiz etmək və ehtiyaca uyğun dəyişiklikləri icra etmək;

-Unit və inteqrasiya testlərinin yazılması və gündəlik tapşırıqlar üçün avtomatik alətlərin hazırlanması;

-Keyfiyyətli, effektli kodların yazılması və sənədləşdirilməsi;

-Riskləri və səmərəsiz həll yollarını aradan qaldırmaq üçün ideya və fikirlərin təhlil olunması;

-Yeni texnologiyaların araşdırılması və tətbiq olunmasıdır.

Bizim üçün uyğun namizəd:

-Back-end proqramlaşdırma sahəsində minimum 1 illik iş təcrübəsinə;

-Java8, Java EE, Spring Boot üzrə təcrübəyə;

-Versiya Kontrol Sistemləri (Git) üzrə dərin biliklərə;

-RESTful APİ servislərin hazırlanması, istifadə olunması üzrə təcrübəyə;

-Obyektyönümlü proqramlaşdırma , S.O.L.I.D prinsipləri və Design Patterns barədə dərin biliklərə;

-Verilənlər bazası sistemləri üzrə təcrübə, SQL və NoSQL bazaları barədə biliklərə; (PostgreSQL, MySQL, Oracle, MongoDB, Redis)

-Unit, inteqrasiya və APİ üçün effektli testlərin yazılması biliklərinə;

-Agile Scrum metodologiyası barədə məlumatlılığa;

-Mikroservis arxitekturası üzrə biliklərə;

-PL/SQL biliklərinə;

-Güclü problem həll etmə bacarığına, mürəkkəb məlumatları emal etmək, onları aydın və sadə şəkildə təqdim etmək qabiliyyətinə sahib olan şəxsdir.

Əgər axtardığımız namizəd sizsinizsə portalda qeydiyyatdan keçərək vakansiya üzrə müraciət edə bilərsiniz.

Nəzərinizə çatdırmaq istərdik ki, müsahibələrə yalnız göstərilən kriteriyalara cavab verən şəxslər cəlb ediləcək

CV-nin göndərilməsi üçün link

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]