Vakansiya: Backend developer tələb olunur

Proqramçı


İşəgötürən: Caspian Innovation Center

Vakansiya: Backend developer

Son tarix: 16 may 2022

Vəzifə öhdəlikləri:

-Konsepsiyadan hazır məhsula qədər proqram təminatının hazırlanmasının bütün mərhələlərində iştirak etmək

-Effektiv işləyən API və RESTful xidmətləri dizayn etmək və hazırlamaq

-Verilənlər bazalarını dizayn etmək və hazırlamaq

-Yaxşı dizayn edilmiş, test edilə bilən, effektiv, təmiz kod yazmaq

-Mövcud proqram təminatına dəstək vermək və yaranan problemləri aradan qaldırmaq

-Gələcəkdə istifadə üçün təkrar istifadə edilə bilən kod və kitabxanalar yaratmaq

-Yeni texnologiyaları öyrənmək və cari ən yaxşı təcrübələrdən xəbərdar olmaq

-Kodlara yenidən baxılmada iştirak etmək

-Hazırlanan həllərdə təhlükəsizlik, performans, davamlılıq, miqyaslılıq, istifadəyə yararlılıq, etibarlılıq və responsivlik təlabatlarını təmin etmək

-Texniki sənədləri hazırlamaq

-CIC informasiya təhlükəsizliyi tələblərinə riayət etmək

Bilik və bacarıqlar:

-Kompüter elmləri və ya müvafiq sahədə ali təhsil

-Backend proqramlaşdırma sahəsində ən azı 1 il təcrübə

-C# proqramlaşdırma dili və .NET, ASP.NET platforması üzrə biliklər

-MySQL, Oracle və MongoDB kimi verilənlər bazaları üzrə biliklər

-Git versiyaya nəzarət sistemi üzrə biliklər

-Analitik düşünmə və problem həll etmə bacarığı, alqoritmik biliklər

-Şifahi və yazılı ünsiyyət bacarıqları

-Komandada yaxşı işləmək və problemləri birgə həll etmək bacarığı

-Texniki səviyyədə İngilis dili biliyi

-Birdən çox tapşırığı yerinə yetirmək, işi planlaşdırma və prioritetləşdirmək bacarığı

-Təşəbbüskarlıq

-Dürüstlük

-IIS, Apache, Nginx serverləri üzrə biliklərə üstünlük verilir

-Enterprise Content Management (ECM) üzrə biliklərə üstünlük verilir

-HTML, JavaScript və CSS biliklərinə üstünlük verilir

-React üzrə biliklərə üstünlük verilir

Müraciət edilən vəzifənin adını “mövzü” bölməsində qeyd etməklə 15.05.2022-ci il tarixinədək CV-nizi göndərməyiniz xahiş olunur.

Qeyd: Növbəti mərhələ üçün yalnız vakansiyanın tələblərinə uyğun olan namizədlər ilə əlaqə saxlanılacaqdır.

CV-nin göndərilməsi üçün e-mail: [email protected]

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]