Veysəloğlu Şirkətlər Qrupu şəbəkə mühəndisi axtarır

Mühəndis


İşəgötürən: Veysəloğlu Şirkətlər Qrupu

Vakansiya: Şəbəkə Mühəndisi

Son tarix: 28 may 2022

Vəzifə öhdəlikləri:

-Şirkətin şəbəkə infrastrukturunun layihəsinin hazırlanmasında iştirak etmək;

-Şəbəkə infrastrukturu üçün texniki sənədləşməni təşkil etmək;

-Şəbəkə yükü və trafik optimizasiyasını təhlil etmək və təkliflər vermək;

-Şəbəkə inzibatçıları tərəfindən eskalasiya olunan sorğuları və məsələləri həll etmək;

-Şəbəkə infrastrukturunda xidmətin, dəyişikliklərin, insidentlərin, dayanıqlığın idarə olunması proseslərini tətbiq etmək;

-Telekommunikasiya avadanlıqlarının fasiləsiz işini təmin etmək;

-Sistemlər üzrə yenilikləri (updates) yoxlamaq, yenilənmə üzrə plan tərtib etmək və nəzarət etmək;

-Mövcud infrastruktur resurslarını istifadə edərək sistemləri quraşdırmaq və yeni versiyaları test etmək;

-Sistemlərdə baş verəbiləcək problem və dayanmaları prosedurlara əsasən araşdırmaq və həll etmək;

-Sistemlərin administrasiyası üzrə proqram təminatını istifadə etməklə, problemləri araşdırmaq və müxtəlif keyfiyyət göstəriciləri üzrə hesabatlar tərtib etmək;

-Öhdəsində olan sistemlərin idarə edilməsi üzrə prosedur və qaydaları tərtib etmək;

-Sistemlərin dəstəklənməsi üzrə profilaktik və gündəlik işləri icra etmək;

-Sistemlərin dəstəklənməsi üzrə monitorinq aparmaq;

-İnformasiya təhlükəsizliyi insidentlərinin aşkar olunması, təhlili və onların təhqiqatının aparılması, tələblərin irəli sürülməsi və icrasında həll yollarının tərtibində iştirak etmək.

Tələblər:

-Müvafiq sahə üzrə ali təhsil (xüsusilə kompüter mühəndisliyi, kompüter elmləri üzrə);

-Müvafiq sahə üzrə minimum 3-5 il iş təcrübəsi;

-Şəbəkə təhlükəsizliyi və nəzarət modelləri haqqında, eyni zamanda “BGP”, “EİGRP” kimi marşrutlaşdırma protokolları üzrə biliklər;

-“SolarWinds/Prtg” və s. şəbəkə monitorinqi, diaqnostika və analiz alətləri ilə təcrübə;

-“CCNP”, “CCDP”, “CCİE” sertifikatlaşmaları üzrə dərin biliklər (sertifikatın olması arzuolunandır);

-“JUNOS” və “Cisco IOS” kimi şəbəkə əməliyyat sistemləri ilə iş təcrübəsi;

-“Python”, “Perl” kimi dillərdə şəbəkə avtomatlaşdırmasını təmin edəcək səviyyədə skriptinq bilikləri;

-Analitik təhlil, çevik qərarvermə, təşkilatçılıq və komandada işləmə bacarığı.

Karyerasını bizimlə davam etmək istəyən namizədlər mövzu hissəsində “Şəbəkə Mühəndisi” yazmaqla, öz CV-lərini göndərə bilərlər

CV-nin göndərilməsi üçün e-mail: [email protected]

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]