Şirkətə kiçik C# proqramçı tələb olunur

Proqramçı


İşəgötürən: AzəriMed QSC

Vakansiya: Kiçik C# proqramçı

Son tarix: 11 may 2022

Tələblər:

-Yaş: 22-30;

-Təhsil: Kompüter və İnformasiya texnologiyaları sahəsində ali təhsil;

-Təcrübə: Müvafiq sahədə minimum 1 il iş təcrübəsi;

-Kompüter bilikəri: C#, ASP.Net, Web API üzrə biliklər;

-MsSQL (T-Sql) (Transact SQL ilə normal işləmək bacarığı DDL, DML, DCL və TML);

-Git ilə işləmək bacarığı;

-Analitik düşünmə qabiliyyəti;

-Fərdi qaydada və komandada işləmə bacarığı.

-İşində dəqiq və məsuliyyətli;

Vəzifə öhdəlikləri:

-Mövcud veb layihələrin təkmilləşdirilməsi;

-Yeni veb api və desktop tətbiqlərinin hazırlanması;

-C#-da yazılan proqram təminatlarının inkişaf etdirilməsi;

-Yazılan kodların üzərində testlər aparılaraq yoxlanılması.

İş şəraiti:

-İş qrafiki: Tam iş günü

-Əmək haqqı: 600-800 AZN (Gross)

-Ünvan: Əhməd Rəcəbli küçəsi 1/11

Qeyd olunan göstəricilərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində  ”Kiçik C# proqramçı” qeyd etməklə [email protected] elektron ünvanına göndərmələri xahiş olunur.

Əlavə suallar üçün 055-455-84-04 (Whatsapp) nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]