Aparıcı mühasib vakansiyası – 800 MANAT MAAŞ
muhasib
“C&S Group” konsaltinq şirkətində "Aparıcı mühasib” vakansiyası İş barədə məlumat: - Mühasibat və vergi uçotu ilə bağlı əməliyyatların icrası; - Muhasibatlıq-maliyyə üzrə ilkin sənədləşmələrin aparılması; - Vergidən gələn məktublara nəzarət edilməsi və məktubların cavablandırılması; - Müştəri maraqlarının dövlət orqanları ilə danışıqlarda təmsil edilməsi; - Bütün vergi hesabatlarının göndərilməsi, e-qaimələrin yazılması, gömrük bəyannamələri ilə bağlı əməliyyatlar, vergi qanunvericiliyi haqqında məlumatlı olması önəmlidir; - Vergi hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsi; - Vergi hesabatlarının (Sadələşdirilmiş, ƏDV, ÖMV, Mənfəət) hazırlanması və təqdim edilməsi; - DSMF hesabatlarının hazırlanması və təqdim edilməsi; - Statistika hesabatlarının hazırlanması və təqdim edilməsi; - Debitor ve kreditorlarla hesablaşmalar uçotunun təşkili; - AR Qanunvericiliyinə uyğun sənədləşmə; - Əmək haqqı; 800 AZN; - İş rejimi: bazar ertəsi-cümə 09:00-18:00 (nahar vaxtı 13:00-14:00) - Şirkət fəaliyyəti: Mühasibatlıq və maliyyə, hr, hüquq xidmətləri. - Ünvan: Zərifə Əliyeva küç.,55, Yeni Hayat Plaza. Namizədə tələblər: - Maliyyə – mühasibatlıq yönümlü ali təhsil; - Microsoft Office proqramlarını bilmək; - Elektron hökümət portallarında işləmə bacarığı; - Mühasib kimi ən az 3 il iş təcrübəsi; - Vergi Məcəlləsini bilməli; - Azərbaycan dilini səlis bilməli, rus dili arzuolunandır; - Xanım namizədlərə üstünlük veriləcəkdir; - Yaş həddi: 26-40; - İşgüzar, məsuliyyətli, kollektivdə işləmə bacarığı; - Şirkət daxili nizam-intizam qaydalarına riayət etməlidir. Maraqlanan şəxslərdən cv-lərini “aparıcı mühasib” başlığı altında [email protected] elektron ünvanına göndərməsi xahiş olunur. Namizəd seçimi yalnız cv qəbulu üzrə aparılır.
Vakansiyalar
- 2 ay, 1 həftə, 1 gün, 14 saat, 11 dəq
- 3 ay, 6 gün, 16 saat, 4 dəq
- 6 ay, 1 həftə, 4 gün, 10 saat, 49 dəq
-
6 ay, 3 həftə, 2 gün, 6 saat, 20 dəq
PAŞA Bank “Techo” layihəsi ilə İT sahəsinin ekspertlərini komandasına qoşulmağa çağırır
- 6 ay, 3 həftə, 6 gün, 14 saat, 18 dəq