Vakansiya: Anbardar köməkçisi tələb olunur
İşəgötürən: NBA Technologies International LLC
Vakansiya: Anbardar köməkçisi
Son tarix: 01 iyun 2023
Namizədə dair tələblər:
-Təhsil: Ali təhsil,
-Kompüter bilikləri: MS Office proqramları, LOGO və digər kömpüter bilikləri əlavə üstünlük hesab olunur,
-Dil bilikləri: Azərbaycan dili; digər dil bilikləri əlavə üstünlük hesab olunur,
-İş təcrübəsi: 6 aydan az olmayaraq iş stajı.
-Analitik düşüncə qabiliyyəti,
-Punktual və ünsiyyətcil olması,
Vəzifə öhdəlikləri:
-Mədaxil və məxaric sənədlərinin tərtibi və təsdiqi,
-Alınmış malların bazaya işlənməsi,
-Anbarda mal və materialların müvafiq sistem və ardıcıllıqla səliqəli yığılması,
-Anbara verilən sorğuların vaxtı-vaxtında və tam şəkildə cavablandırılması,
-Anbarda olan materialların, inventarların və əsas vəsaitlərin miqdarının yoxlanması və uçota alınması,
-Satılmış malların məxaric sənədlərinin tərtibi, təsdiqi və məlumatların bazaya işlənilməsi,
-Gördüyü işlər barəsində hesabatların vaxtında və düzgün formada anbara təqdim olunması.
İş qrafiki: bazar ertəsi- cümə 09:00-18:00
İş yerinin ünvanı: Bakı şəh., A. Quliyev küç., 1131, Babək Plaza
Əmək haqqı: 400-500 AZN (təhsil, iş stajı və iş bacarığı nəzərə alınmaqla qarşılıqlı razılaşma əsasında müəyyən olunur)
Göstərilən tələblərə cavab verən namizədlərdən Azərbaycan dilində tərtib edilmiş CV-lərini mövzu (subject) hissəsinə “anbardar köməkçisi” adını qeyd edərək göndərmələri xahiş olunur.
Qeyd: Müsahibə mərhələli şəkildə təşkil edilir.
Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.
CV-nin göndərilməsi üçün e-mail: [email protected]
Vakansiyalar
- 2 ay, 1 həftə, 1 gün, 15 saat, 33 dəq
- 3 ay, 6 gün, 17 saat, 26 dəq
- 6 ay, 1 həftə, 4 gün, 12 saat, 11 dəq
-
6 ay, 3 həftə, 2 gün, 7 saat, 42 dəq
PAŞA Bank “Techo” layihəsi ilə İT sahəsinin ekspertlərini komandasına qoşulmağa çağırır
- 6 ay, 3 həftə, 6 gün, 15 saat, 40 dəq