Cyberpoint baş mühasib axtarır

Mühasib


İşəgötürən: Cyberpoint

Vakansiya: Baş mühasib

Son tarix: 13 fevral 2023

Öhdəliklər:

-Aylıq, rüblük və illik Vergi bəyannamələrini (əlavələrlə birlikdə), Statistika hesabatlarını tərtib və təqdim etmək;

-Əmək haqqı hesablama cədvəllərini hazırlamaq (əmək haqqıların, məzuniyyət pullarının, son haqq-hesabların, xəstəlik vərəqələrinin hesablanması şərtilə) və əmək haqqlarını ödəmək;

-Daxil olan pul vəsaitlərinin uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini, xərclərini, iş və xidmətlərin yerinə yetirilməsini, mühasibat əməliyyatlarının uçotunu aparmaq;

-Kassa və bank əməliyyatlarının, xaricə köçürmələrin əsas vəsaitlərin və öhdəliklərin, qeyri-material aktivlərin, az dəyərli əşyaların, material ehtiyyatlarının və hesab- fakturaların uçotunu aparmaq;

-Debitor və kreditor borclarının mühasibat uçotu hesablarında düzgün əks etdirilməsini təmin etmək;

-E-qaimələrin və satış sənədlərinin hazırlanması;

-Tenderdə iştirak üçün lazımi sənədlərin aidiyyatı qurumlara göndərilməsi;

-Əsas vəsaitlərin və anbar inventarizasiyası işinin təşkili;

-Mühasibat əməliyyatlarının 1C əməliyyat sistemlərinə daxil edilməsi və mütəmadi olaraq yoxlanılması;

-Müqavilələrdə qeyd olunmuş vergi əməliyyatları ilə bağlı bəndlərin, vergi və ödəniş şərtlərinin vergi qanunvericiliyinin tələblərinə uyğunluğununu yoxlamaq və təsdiq etmək.

Tələblər:

-Müvafiq sahədə ali təhsil;

-Vergi Məcəlləsi, Əmək Məcəlləsi, Mülki Məcəllə, İnzibati Xətalar Məcəlləsi və tələb olunan digər normativ hüquqi aktlar barədə müvafiq biliklərin olması

-Mühasibat uçotu üzrə minimum 3 il iş təcrübəsi

-MS Excel yüksək səviyyədə

-1C ( 8.3), BTP, EMAS

-Analitik düşünmə qabiliyyəti, Cavabdehlilik və məsuliyyətlilik

-Nəticəyönümlülük və punktuallıq.

İş Şəraiti:

-5 günlük iş rejimi

-Əmək haqqı müsahibə zamanı təyin olunacaq

 Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzu” bölməsində “Baş mühasib” qeyd etməklə CV formasını göndərin.

CV-nin göndərilməsi üçün e-mail: [email protected]

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]