Mal-material üzrə mühasib axtarılır
“BSC Group” mal-material üzrə mühasib vəzifəsi üzrə vakansiya elan edib.
Vəzifə öhdəlikləri
– Mühasibat, vergi uçotu və DSMF, Statistika ilə bağlı əməliyyatlar
– Mal-material ehtiyatlarının və əsas vəsaitlərin uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək
– Yük gömrük bəyannaməsi əsasında malın maya dəyərinin hesablanması
– 1 C 8.3 proqramında sənədlərin formalaşdırılması: malların və materialların hərəkəti
– Mal-materialların qəbulu, silinməsinin tam uçotu
– Hesab və elektron qaimə-fakturalarının yoxlanılması
– Debitor və kreditorlarla üzləşmələrin aparılması
– Əsas vəsaitlərin, mal-materialların inventarizasiyası prosesində fəal iştirak edilməsi, inventarizasiya üzrə cədvəllərdə uçot və faktiki miqdar-məbləğ olmaqla, habelə kənarlaşma miqdarı və məbləğini hesablanmasının həyata keçirilməsi
– Maliyyə və kassa intizamına ciddi əməl edilməsi, inzibati, təsərrüfat və digər xərclərə, debitor və kreditor borclara nəzarəti təmin etmək;
– Rəhbərlik tərəfindən verilən tapşırıqları vaxtında yerinə yetirmək
Tələb olunan xüsusiyyətlər
– İxtisas üzrə azı 1 il iş təcrübəsi
– Ali təhsil (mühasibatlıq və ya maliyyə ixtisası üzrə)
– Konfidensiallığı qoruyub saxlamaq bacarığı
– Vergi Məcəlləsi ilə bağlı ilkin anlayışlar
– MS Office, BTP, 1C 8.3 proqramında işləmək bacarığı
– Riyazi hesablama aparma, analitik təhlil etmə qabiliyyəti olmalı
– Məsuliyyət, düzgünlük, dəqiqlik, stresə davamlılıq
– Komandada işləmək bacarığı
İş şəraiti:
– AR ƏM əsasən rəsmiləşmə
– Əmək haqqı: 500 – 800 AZN
– İş rejimi: 6 günlük iş qrafiki
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini Subject/Mövzu hissədə “Mal-material üzrə mühasib” yazaraq [email protected] göndərilməsi xahiş olunur.
Vakansiyalar
- 2 ay, 1 həftə, 6 saat, 30 dəq
- 3 ay, 5 gün, 8 saat, 23 dəq
- 6 ay, 1 həftə, 3 gün, 3 saat, 8 dəq
-
6 ay, 3 həftə, 22 saat, 39 dəq
PAŞA Bank “Techo” layihəsi ilə İT sahəsinin ekspertlərini komandasına qoşulmağa çağırır
- 6 ay, 3 həftə, 5 gün, 6 saat, 37 dəq