“HRcell” mağazalar şəbəkəsinə anbar müdiri axtarır

Anbardar


Mağazalar şəbəkəsi Lənkəran, Şamaxı, Şirvan filialları üçün “Anbar Müdiri” axtarır

VƏZİFƏ ÖHDƏLİKLƏRİ:

-Təsdiqlənmiş qaydaya uyğun iş prosesinin təşkili;

-Ona bağlı olan əməkdaşların nizam-intizamının təşkili;

-Əməyin təhlükəsizliyi qaydalarının təşkili;

-Məhsulun sağlam və düzgün şəkildə yüklənilməsi (boşaldılması) üçün müvafiq vəzifələrə təlimatların verilməsi;

-Yükləmə və boşaltma zamanı lazımi alət və texnikaların təşkil edilməsi;

-Daşınılacaq məhsulların çıxış anbarını müəyyən edərək anbar qeydiyyatçılarına və anbardara məlumat verilməsi;

-Məhsulların daxil olma və son istifadə tarixinə görə anbardan ixracının müəyyən edilməsi;

-Məhsulların tələb olunan miqdara görə ixracının təmin edilməsi;

-Məhsulların yükləmə və boşaldılma zamanı təhvil-təslim prosesinə nəzarət edilməsi;

-Anbar regular sayımını təşkil etməli və anbar qalığına cavabdeh olmalı;

-Məhsullara zərər verə biləcək həşəratlara qarşı lazımi dərmanlama proseslərinin yerinə yetirilməsinə nəzarət edilməsi;

-Müvafiq hesabatın hazırlanması və rəhbərliyə təqdim olunması;

-İş vaxtı bitdikdə və ya qeyri iş günləri zamanı anbarın müvafiq qaydada mühafizəyə təhvil verilməsi;

-Anbarlarda təmir ehtiyaclarının müəyyən edilməsi və rəhbərliyin məlumatlandırılması.

TƏLƏBLƏR:

-Ali təhsilli olmalı;

-Anbar sahəsində ən azı 3 il iş təcrübəsi olmalı;

-Analitik düşünmə bacarığına sahib olmalı;

-Komanda ilə işləmə və rəhbərlik etmə bacarığı

-Azərbaycan dili – mükəmməl; Rus dili – orta;

-Komputer bacarıqları: MS Office, 1C programı.

Müraciət üçün CV-nizi, vakansiyanın adını qeyd etməklə, [email protected] email ünvanına göndərə bilərsiniz.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]