Avrora istehsal və inventar üzrə mühasib axtarır

Mühasib

otel


İşəgötürən: Avrora

Vakansiya: İstehsal və İnventar üzrə mühasib

Son tarix: 18 avqust 2022

Əsas vəzifə öhdəlikləri:

-İstehsal əməliyyatlarının maliyyətinin hesablanması;

-İstehsal xərclərinin bölüşdürülməsi;

-İstehsal əməliyyatlarının yoxlanılması,plandan kənarlaşmaların aşkar edilməsi;

-Aylıq istehsal sahələrinin inventarizasiyasında iştirak edilməsi, sayım nəticələrinin qiymətləndirilməsi və sistemə daxil edilməsi;

-Məhsul resepturalarının sistemə daxil edilməsi;

-Anbar qalıqlarının uçotunun aparılması;

-İnventarların hərəkətlərindəki anbar qalıqlarına edilən dəyişikliklərə nəzarət edilməsi;

-Gündəlik və aylıq hesabatların tərtib edilməsi;

-Daxili hesabatların hazırlanması və təqdim olunması;

-Debitor və kreditorların uçotunun aparılması.

Tələb olunan bilik və bacarıqlar:

-Dəqiqlik, detallara diqqət yetirmək qabiliyyəti;

-Kollektivdə işləmə bacarığı.

Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri:

-Təhsil: Maliyyə və ya mühasibatlıq ixtisası üzrə bakalavr dərəcəsi;

-ERP proqramları üzrə biliklər;

-Beynəlxalq maliyyə hesabatı standartları haqqında biliklər (F3);

-İş təcrübəsi : Maliyyə sahəsi üzrə 1-3 il iş təcrübəsi;

-Dil bilikləri: Azərbaycan (əla), İngilis (orta) və Rus dili (orta);

-Kompüter bilikləri: MS Office proqramlarından sərbəst istifadə bacarığı (Excel bilikləri yüksək səviyyədə).

İş şərtlərimiz:

-İş qrafiki : Tam iş günü (5 gün);

-İş saatları: 09:00-18:00;

-İş yeri : Bakı ş., Aşıq Molla cümə küçəsi, 46C.

Biz nə təklif edirik:

-Əmək bazarında rəqabətli əməkhaqqı;

-İşçilərə qayğı proqramı;

-Peşəkar komanda mühiti;

-Nahar;

-Şirkət hesabına korporativ nömrə;

-Təlim və inkişaf imkanları.

Göstərilən tələblərə cavab verən  namizədlərdən CV-lərini mövzu hissəsinə “İstehsal və inventar üzrə mühasib” yazaraq göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

CV-nin göndərilməsi üçün e-mail: [email protected]

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]