Daşkəsən Dəmir Filiz MMC kimyaçı mühəndis axtarır
İşəgötürən: Daşkəsən Dəmir Filiz MMC
Vakansiya: Kimyaçı mühəndis
Son tarix: 08 avqust 2022
Vəzifə öhdəlikləri:
-Aparılan əməliyyatların razılaşdırılmış plana uyğun olmasına nəzarət etmək;
-Tətbiq olunan və aparılan sınaq işlərinin standart və normalara əsaslanmasını təmin etmək
-Aparılan sınaq işlərinin nəticələrinə dair gündəlik,aylıq,illik hesabatlılığını tərtib etmək;
-İstismar olunan cihazların və reaktivlərin xüsusi norma və tələblərə uyğun isitifadə olunmasına nəzarət etmək;
-Kimyəvi məhlulların, reaktivlərin xüsusi istifadə qaydalarına əməl olunmasını təmin etmək və istifadə müddətinə nəzarət etmək;
-Kimyəvi məhlulların hazılanması və reaksiyaların aparılmasını təmin etmək;
-Təhlükəli maddələrin və reaktivlərin təhlükəsiz saxlanılmasına və istifadəsinə nəzarət etmək;
-Yeni tədqiqat və analiz metodlarını araşdırmaq, təkliflər etmək və əsaslandırmaq;
-Nəzərdə tutulan vəzifə və funksiyaların, eləcə də rəhbərliyin birbaşa verdiyi qanunvericilik aktlarına uyğun olan digər göstəriş və tapşırıqlarını birbaşa rəhbərini məlumatlandırmaqla vaxtında və tam icra etmək.
Namizədə tələblər:
-Ali təhsil (Kimya üzrə);
-Sahə üzrə 2 illik iş təcrübəsi;
-Əla səviyyədə Azərbaycan dili, yaxşı səviyyədə İngilis və Rus dili;
-MS Office üzrə biliklər.
Digər məlumatlar:
İş yeri: Daşkəsən rayonu, Dəmir filizi sahəsi
Göstərilən tələblərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində “Kimyaçı mühəndis” qeyd etməklə və minimum əmək haqqı tələbini göstərməklə elekton poçt ünvanına göndərmələri xahiş olunur.
Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
CV-nin göndərilməsi üçün e-mail: [email protected]
Vakansiyalar
- 2 ay, 1 həftə, 1 gün, 13 saat, 11 dəq
- 3 ay, 6 gün, 15 saat, 4 dəq
- 6 ay, 1 həftə, 4 gün, 9 saat, 49 dəq
-
6 ay, 3 həftə, 2 gün, 5 saat, 20 dəq
PAŞA Bank “Techo” layihəsi ilə İT sahəsinin ekspertlərini komandasına qoşulmağa çağırır
- 6 ay, 3 həftə, 6 gün, 13 saat, 18 dəq